RU

Siyasi partiyalardan İlham Əliyevə dəstək BƏYANATI

Müstəqil Azərbaycanın siyasi tarixində ən böyük seçki təcrübəsinə malik olan Vətəndaş Həmrəyliyi Partiyası ölkəmizdə keçirilən bütün seçki və referendumlarda həm namizəd, həm də müşahidəçilərlə aktiv şəkildə təmsil olunub.

 

Modern.az xəbər verir ki, bu barədə Vətəndaş Həmrəyliyi Partiyasının bəyanatında qeyd olunub.

 

Bildirilib ki, 7 fevral 2024-cü il tarixində ölkəmizdə keçirilən Prezident seçkilərində Vətəndaş Həmrəyliyi Partiyası öncədən Yeni Azərbaycan Partiyasının namizədi, Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini təmin edən Ali Baş Komandan İlham Əliyevi dəstəkləyəcəyini açıq şəkildə bildirib.

 

"Bu mövqeyinə sona qədər sadiq qalan Vətəndaş Həmrəyliyi Partiyası seçki prosesini diqqətlə izləmiş və seçki günü yüzlərlə seçki məntəqəsində öz müşahidəçiləri vasitəsilə səsverməni canlı müşahidə edib. Seçki öncəsi təbliğat və təşviqat işlərində namizədlər üçün yaradılmış bərabərhüquqlu imkan və şərait, onların mətbuata rahat çıxışının təmin olunması, əhali ilə görüşlərinə geniş imkanlar yaradılması seçkilərin demokratik ruhda keçiriləcəyinin ilkin əlamətləri olub. Seçki günü həm canlı şəkildə məntəqə və dairələrdə müşahidələr aparılıb, həm də yüzlərlə seçki məntqəsində quraşdırılan kameralar vasitəsilə proses canlı izlənib.

 

Birmənalı şəkildə bəyan edirik ki, seçki prosesi boyu və səsvermə günü hansısa qanunsuz hal və pozuculuq fəaliyyəti tərəfimizdən müşahidə edilməyib. Seçkilərdə əhalinin rahat və dinc şəkildə səsverməsi təşkil edilmiş, onların seçiminə təsir göstərilməyib, seçki günü məntəqələrin ətrafında heç bir təbliğat işləri aparılmayıb. Seçkinin ilkin nəticələrini elan edən ekzitpolların mövqeyi Vətəndaş Həmrəyliyi Partiyası tərəfindən düzgün və məntiqi dəyərləndirilib.

 

Bu seçkilərdə Azərbaycan xalqı öz demokratik prinsiplərinə sahib çıxaraq Prezident seçkilərində yüksək seçici fəallığı göstərib. Seçicilərin böyük əksəriyyəti Azərbaycan xalqına misilsiz qələbələr bəxş edən, bizim də dəstəklədiyimiz İlham Əliyevə səs verib. Vətəndaş Həmrəyliyi Partiyası və partiyamızın çoxsaylı üzvləri adından seçkilərin nəticəsini ədalətli hesab etdiyimizi bəyan edir və İlham Əliyevi yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməsi münasibətilə təbrik edirik. İnanırıq ki, İlham Əliyev bundan sonra Azərbaycanı daha güclü dövlətə çevirəcək və öz ali missiyası ilə bütün türk dövlətlərinin birliyinə nail olacaq. Bu şərəfli yolda Prezident İlham Əliyevə böyük uğurlar arzulayırıq", - bəyanatda vurğulanıb.

 

Azərbaycan Ümid Partiyası isə 7 fevral 2024-cü ildə keçirilən Prezident seçkilərini azad və şəffaf, nəticələrini legitim və ədalətli hesab edir. Bəyanatda bildirilib ki, 7 fevral 2024-cü ildə növbədənkənar Prezident seçkiləri təyin olunduqdan sonra Azərbaycan Ümid Partiyası Mərkəzi Aparat və Yerli Təşkilatlarında müzakirələr keçirərək, yekdil qərarla bu seçkilərdə Azərbaycan Respublikasının Prezidenti, Qarabağ qələbəsinin və suverenliyimizin ölkə ərazisində bərqərar olmasının memarı cənab İlham Əliyevi dəstəkləyib.

 

Seçki təbliğatı dönəmində partiyanın səlahiyyətli şəxsləri çoxsaylı çıxışlarında bu qərarın tarixi əhəmiyyətini və vacibliyini seçicilərə çatdırmış, müzəffər Ali Baş Komandan İlham Əliyevə səs verilməsinin ölkəmiz üçün faydalarından danışıblar.

 

Seçki günü çoxsaylı müşahidəçilərimiz dairə və məntəqələrdə seçki prosesini izləmiş, seçkilərin Seçki Məcəlləsinə uyğun keçirilməsini təsbit edib. Hər kəs sərbəst və azad şəkildə seçkidə iştirak edərək, mövqeyini ifadə ediblər.

 

Bu seçki ölkədə indiyə qədər keçirilmiş seçkilərdən öz mahiyyəti, azad və şəffaflığı baxımından əhəmiyyətli dərəcədə fərqlənib. Müstəqilliyimiz bərpa olunandan sonra ilk dəfə idi ki, ölkənin bütün ərazisində seçki keçirilirdi.

 

Azərbaycan Respublikasının Prezidenti seçilən cənab İlham Əliyevə Cənubi Qafqazda əbədi sülh və barışın olması üçün başladığı işi uğurla davam etdirməsi, ölkəmizin problemlərinin həlli istiqamətində can sağlığı və müvəffəqiyyət arzu edir".

Избранный
321
50
modern.az

10Источники