İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Bəsic könüllü bölməsinin iki döyüşçüsü ölkənin cənub-şərqində naməlum şəxslərin hücumu nəticəsində ölüb.
Publika.az xəbər verir ki, bu barədə SEPAH-ın Sistan və Bəlucistan əyalətinin Quru Qoşunlarının İctimaiyyətlə Əlaqələr Departamenti məlumat yayıb.
Qeyd olunur ki, əsgərlər Zahidan-Bam dəmir yolu marşrutunda təhlükəsizlik postuna hücum nəticəsində ölüblər.