RU

240-dan artıq rus idmançı cəzalanıb

Ümumdünya Antidopinq Agentliyi (WADA) Moskva laboratoriyasının (LIMS) məlumatları və ordan götürülmüş nümunələr əsasında 240-dan çox rusiyalı idmançını cəzalandırıb. Bu haqda məlumatı WADA-nın mətbuat xidməti yayıb.

"Football-plus.az" xəbər verir ki, qeyd olunub ki, bu günə kimi 18 antidopinq təşkilatı 241 sanksiya tətbiq edib:
“Əlavə 41 iş üzrə ittiham irəli sürülüb, 119 iş üzrə istintaq aparılır. Bir sıra başqa hallar araşdırılıb, lakin mövcud sübutların olmaması səbəbindən bağlanıb”.


Oktyabrda Ümumdünya Antidopinq Agentliyinin rəhbəri Vitold Banka Moskva laboratoriyasının məlumatlarına əsasən 222 rusiyalı idmançının cəzalandırıldığını bildirmişdi.

LIMS - Laboratoriya Məlumat İdarəetmə Sistemi 2012-ci ildən 2015-ci ilə qədər olan dövrdə idmançılar üçün dopinq-testlərinin nəticələri ilə bağlı hərəkətləri qeyd edir. 2019-cu ilin yanvarında məlumatlar WADA-ya ötürülüb və təşkilatın ekspertləri dopinq pozuntularını gizlətmək üçün onların manipulyasiya edildiyi qənaətinə gəlib.
Избранный
169
4
football-plus.az

10Источники