RU

“Terror təşkilatlarının yaradıcısı məhz böyük dövlətlərdir”- VİDEO

“Hər bir xalqın öz ölkəsində təhlükəsiz şəraitdə yaşamaq haqqı var. Bütün dünya HƏMAS və “Hizbullah”ı terror təşkilatı kimi tanıyır. Bu iki təşkilatın İsrailə ilk hücümü deyil. Amma dünyada terrora ikili yanaşma var. “-bu fikirləri Real Televiziyasının efirində millət vəkili Cavanşir Feyziyev bildirib.

Millət vəkili bildirib ki, İsraildən fərqli olaraq dünya ölkələri Afrikadakı terrora susqunluq nümayiş etdirirlər.

“Biz terrordan əziyyət çəkən ölkələrindən biriyik. Etiraf edək ki, terror təşkilatlarının yaradıcısı məhz böyük dövlətlərdir. Məsələn “Əl-Qaidə” terror təşkilatı ABŞ tərəfindən yaradılmışdı. Amma sonda bu təşkilatı ABŞ-a tərəf çevrildi. Bizə qarşı yaradılan erməni terror təşkilatlarının da maliyyə mənbələri həmişə Qərbdən gəlib. Amma bu təşkilatlara dünya ikili münasibət bildirib.”-deyə Cavanşir Feyziyev bildirib.

Daha ətraflı videomatrealda:

Избранный
231
2
veteninfo.az

4Источники