RU

Azərbaycanın dəniz sərhədi pozulub, İran vətəndaşları saxlanılıb

Dövlət Sərhəd Хidmətinin (DSX) Sahil Mühafizəsi Azərbaycanın dəniz sərhədini pozan şəxsləri saxlayıb.

Bu barədə 525.az-a DSX-dən məlumat verilib.

Bildirilib ki, “Şahdağ” sərhəd gözətçi gəmisi Xəzər dənizinin Azərbaycana mənsub bölməsinin Ələt reydi istiqamətində cənuba doğru hərəkət edən naməlum hədəf aşkar edib. Daha sonra “Yamaha-200” mühərriki ilə təchiz edilmiş iki nəfər heyət üzvü olan qayıq saxlanılıb.

Dəniz sərhədini pozduqlarına görə saxlanılmış qayığın heyət üzvlərinin İran vətəndaşları - Mehran Tağı oğlu Yusifinecat və Şəhram Qafur oğlu Mahmudi olduqları müəyyənləşib.























Bizi Facebookda izləyin

Избранный
783
1
525.az

10Источники