RU

“Kreml bilir, Paşinyan liderlərin toplantısına niyə gəlmədi” – Putinin köməkçisi

Kreml Ermənistanın baş naziri Nikol Paşinyanın Qırğızıstanda keçirilən MDB sammitində iştirak etməməsinin səbəblərindən xəbərdardır.

Ulusal.az xəbər verir ki, bu barədə Rusiya prezidentinin köməkçisi Yuri Uşakov “RİA Novosti”yə bildirib.

Oktyabrın 13-də Qırğızıstanda MDB Dövlət Başçıları Şurasının iclası keçiriləcək. Burada Rusiya Federasiyası, Azərbaycan, Belarus, Qırğızıstan, Qazaxıstan, Tacikistan, Türkmənistan və Özbəkistan prezidentləri iştirak edəcəklər.

“Ermənistanın baş naziri Paşinyan müəyyən şərtlərə görə iştirak etməyəcək”, – Uşakov jurnalistlərə deyib.

Onun iştirak etməməsinin səbəbləri barədə Kremlin xəbəri olub-olmaması ilə bağlı suala Rusiya prezidentinin köməkçisi belə cavab verib: “Biz bilirik, amma yəqin ki, bunu özü izah edəcək”.

Избранный
292
2
ulusal.az

3Источники