Misir Qəzza zolağından olan qaçqınlar üçün dəhlizlər açmaq istəmir.
KONKRET.az xəbər verir ki, bu barədə “The Jerusalem Post” məlumat yayıb.
“Misir anklavdan qaçanlar üçün təhlükəsiz dəhlizlər yaratmaq üçün hər hansı addımı nəzərdən keçirmir”, – nəşr yazır.
Misir tərəflərin münaqişəni öz sərhədləri daxilində həll etməsində israrlıdır.
Nəşr yazır ki, bu yolla Misir fələstinlilərin öz işlərinə və torpaqlarına sahib çıxmaq hüququnu qorumaq istəyir.
Qeyd edək ki, Qəzza zolağından Sinay yarımadasına əsas çıxış nöqtəsinə çevrilən Rəfah keçid məntəqəsi İsrail tərəfdən atəşə tutulduğuna görə oktyabrın 10-da Misir hakimiyyəti tərəfindən bağlanıb.
Dəhliz, yalnız humanitar yardım, ərzaq və dərman çatdırmaq üçün fəaliyyət göstərə bilər.
Ariz Həsənoğlu,
KONKRET.az