Xalq artisti, "Şöhrət" ordenli mərhum Ağaxan Abdullayevin oğlu Xoşbəxt Abdullayev Gömrük Komitəsindəki vəzifəsindən kənarlaşdırılıb.
Bakupost.az xəbər verir ki, o, işdə yol verdiyi nöqsana görə əvvəlcə töhmət alıb, sonra isə pensiyaya göndərilib. Gömrük polkovniki rütbəsini daşıyan Xoşbəxt Abdullayev uzun müddət Gömrük Komitəsinin baş inspektoru vəzifəsində çalışıb.
Qeyd edək ki, X.Abdullayev 1990-cı illərdə müğənni kimi tanınıb. Həmin dövrdə bir neçə məşhur mahnının müəllifi olub. Sonradan səhnədən uzaqlaşaraq, gömrük sistemində işə başlayıb.
BiG.Az