RU

QƏRBİN BAĞRINDA ŞƏRQ ÇİÇƏYİ

(Caroline Laurent Turunc haqqında)Salam olsun, çox dəyərli oxucum! Bizi buluşduran Böyük Allaha həmd olsun! Artıq bu sətirləri oxuduğunuza görə həmsöhbət sayılırıq. Mən heç vaxt razı olmaram ki, sözə dəyər verən  şəxs dünyada ən dəyərli, vacib və hal-hazırkı dönəmdə qıt bir nemət olan vaxtını boşa xərcləsin. Hələ-hələ bu şəxs mənim həmsöhbətim ola. Söhbəti uzatmadan birbaşa mətləbə keçmək istəyirəm. Bu dəfə haqqında söhbət açacağım şəxs sözün əsl mənasında dünya miqyasında tanınmış qələm adamıdır. Onu həm şair, həm də nasir kimi təqdim etmək olar.Rus yazıçısı Tatyana Terebinova (Татьяна Теребинова) “Разбудить ауру вселенной”  adlandırdığı essesində Karalina xanım haqqında belə yazır: “Caroline Laurent Turunc – одна из самых загадочных поэтов современности. Вещество её поэзии уникально и является ценностью. Строки завораживают неожиданностью, парадоксальномтью, красотой.Строки, словно облака, возникают, клубясь переменчивыми чувствами – в переливах богатых оттенков. Их отличает глубокая пульсация взволнованного сердца. В её поэтических мирах время и пространство меняются местами, открывая космос её Души!Поэт Caroline Laurent Turunc по своему волшебству извлекает из калейдоскопа Вселенной – клубящиеся новые образы, загадки и пророчества – представления своей души. Сотворяя свою поэзию, она, жеминутно и ежечасно, вовлекает себя в борьбу за светлые силы; любуется и восхищается таинственным миром. Отстаивая свои взгляды, Caroline восхищает смелостью, твёрдостью и последователностью, утверждая хрупкий мир светлых идей, требующий её надёжности и защиты от тёмного мира."Mən Karalina haqqında öz fikirlərimə keçməzdən əvvəl  rus yazıçısı Tatyana xanımın onun haqqında olan essesindən orijinal variantda sitat gətirməyim səbəbsiz deyil. Fransanın paytaxtı Parisdə yaşayıb-yaradan türk kökənli Karalina şeirləri ilə dünyanın dörd bir yanında məşhurdur. Demək olar ki, bütün qitələrdə müxtəlif sülh konfranslarında (Bakıda da olub), şeir festivallarında iştirak edib (edir).  Onu  yazdıqlarına görə Amerikada, Hindistanda, Banqladeşdə, Pakistanda, Çində, Rusiyada, Ukraynada və dünyanın digər ölkələrində  yaxşı tanıyırlar. Yazımın başlıca məqsədi Qərbin bağrında bitən bu Şərq çiçəyini Azərbaycan oxucusuna da yaxından tanıtmaqdan,  təqdim etməkdən ibarətdir:QISA ARAYIŞKaralina Laurent Turunç Türkiyə Cümhuriyyətinin Antakya rayonundan olan doqquz uşaqlı bir ailənin qızıdır. Sosyalogiya fakültəsindən məzun olmuşdur, 2013-cü ildən bəri 1500-dən çox şeir yazmışdır, xarici ölkələrdən çox sayda sertifikatlar almışdır, qırxa yaxın yerli və xarici antologiyalarda yazıları çap olunmuşdur. Hal-hazırda da bir çox beynəlxalq jurnallarda və internet saytlarında şeirləri yayımlanır.“Şarkla Şamal arası” ve “Çöl Zambağı” adlı iki şeir kolleksiyası yayımlandı.Rumıniyada təşkil olunmuş “Dünya Ədəbiyyatı Yarışması”nda müxtəlif ölkələrdən olan 2575 şair iştirakçı arasında ikinci yerə layiq görülmüşdür.Çin Respublikasının Yan qəsəbəsində təşkil olunmuş “Səkkizinci Bahar Şeir Festivalı”nda mükafat alaraq Çinin Şimal-qərb Universitetinin İpək Yolu Mədəniyyət Mərkəzi tərəfindən təşkil olunan “Dünya Şair Ədəbiyyat Muzeyi”nə seçilmişdir.Bunlardan başqa beynəlxalq “Kainat Şeir Mükafatı 2021” yayınının münsiflər heyətində idi.“Başkent Haber Ankara” (Paytaxt Xəbər -Ankara) qəzetində köşə yazıları dərc olunur.“Özgür İfade İstanbul” (Azad Söz İstanbul) qəzetində köşə yazarlığı ilə də məşğuldur .Sülh Elçisi Beynəlxalq Universitet Diplomatik Xidmətdən Azad Vətəndaş Dərnəyi və Fransa, Tunusda Beynəlxalq Mədəniyyət Salonları Dərnəyində Yaradıcı Görüşlər Elçisidir.“Writers Capital İnternational Foundation”da (“Beynəlxalq paytaxt yazarları Fondu”nda) təşkilat komitəsinin üzvüdür.Türkiyə Cümhuriyyəti nəzdində fəaliyyət göstərən bir xeyriyyə dərnəyi olan U.T.E.F.-nin Paris təmsilçisidir.“Ziyadar” mükafatı laureatı  olan Karalina Laurent Turunç 2022-ci ilin yekunlarına görə  “İlin yazarı” diplomu ilə təltif olunmuşdur.Haqqında Tuncay Şəhrilinin tərtib etdiyi “Caroline Laurent Bakıda” (izonəşr) Bakı – 2022, kitabı nəşr olunmuşdir.“Coğrafyası ne olursa olsun her canlı daha özgür bir yaşamı hak eder. Dünyamızın insanlarına uygulanan baskı ve zulümle yaşamaya mahkûm edilmek artık dayanılmaz hale geldi. “Yeter artık!” diye bağırmak istiyorum. Zulüm haddini aştı.” –  deyən  Karalina Laurent Turunçun haqq səsi   “Zalim padişah!”  şeirində daha ucadan duyulur:Ey gizemli tılsım, ruhumu taşlara vurayım.Bütün beyaz Sayfaları hayat hikayeleriyle doldurayım.İmla ve dil ustalarını yeterince susturdunuzMasallarla uyutulmuş bu millete acıyın!Karalini ilk dəfə nə vaxt, harada  və ya hansı şeiri ilə tanıdığımı burada dəqiq qeyd edə bilmirəm. Çünki, onunla yazdıqları vasıtəsilə ilk qiyabi tanışlığımız zamanı heç bir yadlıq, özgəlik hiss etməmişdim. Tam səmimi olaraq qeyd etmək istəyirəm ki, bu ilk görüşün  hansı dildə olduğunu da xatırlamıram.  Ruhlar min illərin dostu, yol yoldaşı olduqdan sonra bütün bunların heç bir önəmi olmur. Tək bircə məsələni qeyd etmək istəyirəm. Birinci  şeiri ilə tanış olan zaman gözümün önündə vizual olaraq (onda bəlkə hələ heç müəllifin fotosunu da görməmişdim…) “Çöl Aslanı” filmindəki Ömər Muxtarın surəti canlanmışdı… Tanış olduğum ilk  şeirin məndə oyatdığı marağın gücü ilə internetdəki müxtəlif axtarış sistemləri üzərindən müəllifi araşdırmağa başladım. Məlum oldu ki, şairin iki şeir kitabı işıq üzü görüb və bu kitablar bildiyimiz bütün beynəlxalq kitab satış portallarında var. İnternet üzərindən müəllifin hər iki kitabını sifariş etdim və cəmi on gün ərzində ümumilikdə 14 manat xərc müqabilində əlimə çatdı. Kitabların biri “Çöl zambağı”, digəri isə “Şarkla Şamal arası” adlanır…Həmişə haqqın yanında olan Karalin Zəfər yoluna çıxdığımız 2020-ci ildə bütün yol boyu bizimlə birgə addımladı. Haqqın tərəfində oldu. Həmin il 44 günlük yol yoldaşlığı zamanı Karalinanın timsalında mən özüm üçün bir yəqinlik hasil etdim əgər tərəflərdən birinin yanında deyilsənsə, bu tərəfsizlik deyil, ikiüzlülük anlamına gəlir. Karalina bir Türkiyə sevdalısı olduğu qədər Azərbaycanı da sevir… Bəlkə daha artıq.Sonra iş elə gətirdi ki, 2022-ci ildə Bakıda bir sülh konfransında görüşdük. Konfrans müddəti qiyabi olaraq yazılarına görə tanıdığım Karalinanı bir də şəxsən müxtəlif vəziyyətlərdə əyani olaraq tanıdım. Zənnim məni yanıltmamışdı. Karalina (Caraline Laurent Turunc) tam olaraq bizim “aslanın erkəyi dişisi olmaz” misalına uyğun bir çöl aslanı idi. Onun həyatında təsadüfə, yaradıcılığında nəyinsə xatirinə deyilmiş sözə yer yoxdur! Karilina məqsədinə doğru inamla addımlayan cəsur yolçu,zülmətin bağrını yararaq ətrafını aydınladan gur işıqdır. Kitablarına verdiyi “Şarkla Şamal arası” və “Çöl Zambağı” kimi adlar müəllifi yaxından tanıdıqdan sonra gözlər önünə daha aydın mənzərə sərir. Öz çölünün aslanı olan Karalina qürbət eldə Yurdunu təmsil edən zərif, ötkəm bir çiçəkdir. Mən onu bütün xarakter və xüsusiyyətlərini bir cümlədə məhz belə ifadə edərdim: - “Qərbin bağrında Şərq çiçəyi”. Bəli, o Qərbin bağrında bitən “Çöl zambağı”, “Şarkla Şamal arası”nda qərar tutmuş Anadolulu tərs lalədir…Hal-hazırda Fransa Respublikasının paytaxtı Paris şəhərində yaşayan və yekunlaşdırmaq üzrə olduğu bir romanını qələmə almaqla məşğul olan yazarımıza işlərində və yaradıcılığında uğurlar arzulayır və “Şarkla Şamal arası” və “Çöl Zambağı” kitablarından seçdiyim şeirləri təqdim edirəm:BİLMİRSƏNMİ?!Tanımırsanmı məni?!Kimsəyə boyun əymərəm…Boz buludlarSəmada var-gəl edərkənAxşamın xəfif küləyi əsərkənHələ zülmət gəmiyə minməmişkənBilirdim ki, yer üzü məzarlıq,Ömrümün naxışları işgəncədir…Sən öküzləri əhilləşdirKasıblar üçün beynini yorma…Ağla indi, ürəyin boşalana qədər,Doyunca ağla…Halına yanmadığımŞərq və Cənub üçün ağlaParçalanmış duygular, ödənməmiş borclar vəYerinə yetirilməmiş vədlər üçün ağla…Göy üzünə boylan,Bax, düz buraya,Sabahın quşları qanad çırpır səmadaTorpaq nə gözəl tumurcuqlar veribSən və sevgin qəlbinin qapısına möhür vurarkənKörpələr analarının döşlərindən zorla alınırdı.Kaş görmüş olaydım,Kaşki , qarışmayaydım demə əbəs yerə…Daha heçnə söyləməİnamım qalmayıb sənə…Amma ki, mən hər xəfif küləyəNəvazişlə sığal çəkdimBir əsrdən neçə eşq keçdiyini saymadan…Əsrlərin zaman diliminiBütün planetləri yola salana kimiKörpə bahar gələnə kimiSirr saxlayıram…Sabahların birindəGələcəklər uşaqlar…Kim bilir, bəlkə dəPəncərəmdən boylanıbSənə baxaram…Göy üzü salam göndərəndəƏllərimi yelləyərəm…Və o zaman dərin birAh çəkəcəksənKaşki heç yaranmasaydım deyəSahildəki xəyalları,Küləyin səmadan yerə ələdiyi ulduzlarıAşağı -yuxarı boylanıbBir, iki, üç deyəSaymağa başın qarışacaq…Yeri- göyü yaradan Tanrının qarşısındaKim ola bilərik ki, bizXırdaca varlıqlarıq,Bir az cılız, bir az aciz…“Çöl Zambağı” kitabından səh. 25-26.EY TANRISI ÜMİDŞah damarımda qanım donarÇirkaba batmışYer üzünü vəİndiyə qədər yaşanmışQarşılıqsız sevgiləri gördükcəMən neçənci yuxudayamHansı əsrin asdanasındayamDeyirəm…Sanki şərqin vadilərindəQeyb olmuşdu ürəyimSəsim qaranlığa qərq olubMənə doğru axır…Yadlaşmış gözlərimdəKipriklərimə toxunuramAmma çox çarəsizəmAyaqlarım var-gəl etməkdənSürgün yollarındaymış kimiYorğun düşüb…Aman, Tanrım, bu necə yuxudur?Kaşki heç görməyəydimGerçək olmayan gözəlliklərin xəyalınıQanadları qırılan xəyallarımSahildə oturubNəfəsini dərdi…Amma ki, mən əllərimiuzadıbGünəşə toxunacaqdım…Sevgilimin könlünüOvundurmaq üçünMahnılar oxuyacaqdım…Elə kədərliyəm ki,Kaşki ulduzlara qonşu olaydımQızıl dövrü, ədalət vəBərabərliyi ordan görəydimKimin üçündür bu ixtiralarKimin üçündür bu göyqurşağı…Ey Tanrısı ümid və qardaşlarıBataqlığın qaranlığındaÇürümüş göylərÇöhrələrdən süzülən işıqQanlı irinin girdabında öləziyib…Ey yağışı müqəddəs göllərə tökülən buludKaşki yumruğumu açıbYağış damlaları ovcuma yığa biləydim…Mənə icazə ver, ey kübar dünyamUşaqlarım var,Onlar mədrəsəyə gedəcəklər…Analarının döyülərəkQətlə yetirildiyinisöyləyə bilmərəmGünah məndədir ki,Göy üzünə çox inandım…Toxumuna torpaq oldumBir gün geri dönəcək sandım…Mən hardan biləydim göylərinHər tökülən qandanBir damla içdiyini…Çiçəklərin göz yaşıyla cücərdiyini…“Çöl Zambağı” kitabından səh. 22-23.CAHİL və ƏDƏBSİZTorpağa göz yaşlarıylaKəlmələr yazmışdılar…Ruhları cahil və ədəbsiz idi.Çaya ümid bağlayanlarıMəhkum etmişdilər.Çürümüş dəriləriAğappaq olmuşduMinlərlə varlığınQopardığı tufan içində…Yeddi qat yerin altındaDünyanın dərdiniDaşıyan torpaqQayğılardan təngə gəlibGöz yaşları içindəYorğun düşmüşdüÖlüm əslindəDiriliş günüdür,Sabahın yuxusudur…Güc və gücün üfüqləriBitib- tükənmək bilməyənXəzinələr…Qövmü böyüdüb bəsləyənlərBəzəmişdir sabahla axşamı…Bütlərə inanlar, and içənlərBaşqa günəşlər vəd edərlər…Göyləri yüksəkliyəUcaldan TanrıQoy yoxa çıxmış gecəniÇiyinlərimə şələləyim…Mənim dörd mövsümAğlımın sahibim,İhsanı və FaziliBir-bir var etmişlər,İnsanın ağlı ilə dərk etməsiGözlə görməsindən yaxşıdır…Ey yaradılışın mayasınıHəqiqətlə yoğuranBu hürən itlərə agah eləÖlüm səbəbini cansız bədənlərQum yığınının arasındaŞimaldan cənuba sovrularQılıncınla haqqı ucaltNə zaman müharibə etsən.O zaman qələbə çalarsanTanrının dini üstün gələr…Torpaq üzərində mənim dəMəndən başqasının daQarışqa qədər haqqı var…“Şarkla Şamal arası” kitabından səh. 114.Dəyərli oxucum, əlbəttə, həcmindən asılı olmayaraq istənilən bir yazıda bütün məsələlərə toxunub, şeirlərin hamısı haqqında fikir bildirmək mümkün deyil. Ancaq mən çalışdım ki, Azərbaycan oxucusunda Karalina xanım və onun kitabları haqqında ilkin bir fikir formalaşdıracaq yığcam yazı hazırlayım və bu yazımda heç olmasa hər kitabdan bir-iki nümunəni olduğu kimi təqdim edim. Ümidvaram ki, müəyyən mənada məqsədimə nail olmuşam. Bu yazını hazırlayan zaman dəyərli tövsiyələri ilə yardımçı olduğuna görə müasir dünya ədəbiyyatı üzrə ədəbiyyat tənqidçisi gənc filoloq Günnür Ağayevaya və şeirləri ana dilimizə çevirib, uyğunlaşdıran hal-hazırda Türkiyədə təhsilini davam etdirən gənc yazar Turan Novruzluya, dünyada ən dəyərli nemət olan vaxtınızı bu sətirləri oxumağa həsr etdiyinizə görə sizə öz dərin təşəkkürlərimi bildirirəm. Sağ olun. Allah amanında. Allah sizi qorusun!Zaur Ustac,“Yazarlar” jurnalının baş redaktoru

Избранный
518
2
tezadlar.az

3Источники