RU

Coğrafiyaçı alimlər istehsalda və təhsildə dayanıqlı inkişaf modelinə dair tədqiqat aparıblar

Elm və Təhsil Nazirliyinin akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun icraçı direktoru dosent Zaur İmraninin ADPU-nun Quba filialının baş müəllimi Sərxan Cəfərovla həmmüəllif olduğu elmi məqaləsi Xorvatiyanın yüksək impakt faktorlu “International Journal of Innovation and Economic Development” jurnalında dərc edilib.

Bu barədə "Tehsil.biz"ə Coğrafiya İnstitutundan məlumat verilib.

Bildirilib ki, istehsal və təhsildə dayanıqlı inkişafın iqtisadi-coğrafi modelinin (Еconomic-Geographical Model of Sustainable Development in Manufacturing and Education) araşdırıldığı məqalədə XX əsrin sonlarından başlayaraq insanlar arasında sosial bərabərsizliyin daha da dərinləşməsi, iqtisadi və sosial amillərin bir-biri ilə uyğunlaşmaması, təbii resurslardan səmərəsiz istifadə nəticəsində yaranan problemlərdən və onların həlli yollarından bəhs edilir. Bununla yanaşı, məqalədə keçid iqtisadiyyatlı ölkələrində olduğu kimi, müstəqil Azərbaycanda da dayanıqlı inkişafın təmin edilməsinin əsas prinsipləri açıqlanır, onların istehsal və təhsil modelləri verilir.

Təhsil və iqtisadiyyatımızın müasir tədqiqatlara adekvatlığını təmin etmək üçün istehsalda və təhsildə dayanıqlı inkişaf modelinin strateji məqsədlərinin daha da dərindən araşdırılmasına ehtiyac duyulur. Bu baxımdan coğrafiyaçı alimlərin məqaləsi Avropa İttifaqı ölkələrində ilin ən çox oxunan 25 elmi-tədqiqat məqaləsi siyahısında yer alıb.

Избранный
543
tehsil.biz

1Источники