RU

İran Ermənistana görə müharibə edəcək?

Tehranın “qırmızı xət”lərlə bağlı bəyanatları mümkün hərbi əməliyyatlarda İranın Ermnistan üçün zəmanəti sayılmamalıdır.

Publika.az
xəbər verir ki, bu barədə Nikol Paşinyanın keçmiş müşaviri Arsen Qasparyan deyib.

Onun sözlərinə görə, İran Qafanda konsulluq açmaqla ciddi addım atıb: “Lakin bu o demək deyil ki, Türkiyə və Azərbaycana qarşı hansısa hərbi müdaxiləyə gedəcək. İranın “qırmızı xətlər”lə bağlı səsləndirdiyi bütün bəyanatlar sadəcə sözdən ibarətdir. Düşünmürəm ki, İran Ermənistana görə Türkiyə ilə müharibəyə getsin. Onun mövqeyi bəyanatlarla məhdudlaşacaq”.

A.Qasparyan əlavə edib ki, Tehranın NATO-nun ikinci böyük ordusu (Türkiyə-red) ilə müharibəyə başlaması mümkün deyil.

“Bakı və Ankara Zəngəzur dəhlizinin İran ərazisindən keçməsi variantını irəli sürsələr də, əsas planları dəyişməyib. Onlar 10 noyabr razılaşmasına uyğun olaraq Zəngəzur dəhlizinin açılmasını istəyirlər”, - Qasparyan iddia edib.

Asif

Избранный
190
1
publika.az

2Источники