RU

Sabahdan etibarən DİM-də imtahan protokolları və cavab vərəqlərinin emalına başlanılacaq

Bakı. Trend:

Martın 10-da Dövlət İmtahan Mərkəzi (DİM) tam (11 illik) ortatəhsil səviyyəsi üzrə buraxılış imtahanı keçirib.

DİM-dən Trend-ə bildirilib ki, respublikanın 33 şəhər və rayondatəşkil edilmiş imtahanda 53 min 102 şagirdin iştirakı nəzərdətutulurdu.

İmtahan keçirilən şəhər və rayonlarda ümumilikdə 236 imtahanbinası, 4043 imtahan zalı ayrılıb. İmtahanların idarə olunmasına236 ümumi imtahan rəhbəri, 653 imtahan rəhbəri, 5021 nəzarətçi, 704buraxılışı rejimi əməkdaşı (mühafizə) və 236 bina nümayəndəsiayrılıb.

Bu gün, həmçinin Laçın, Füzuli və Zəngilan rayonlarındaburaxılış imtahanı keçirilib. DİM ilk dəfə yeni istifadəyə verilmişLaçın şəhər 2 nömrəli tam orta məktəb, Zabux kənd tam orta məktəbivə Füzulidə M.Uluqbəy adına 1 nömrəli məktəbdə imtahan keçirib.

İmtahanda ümumilikdə 63 nəfər sağlamlıq imkanları məhdud (gözdənəlil, serebral iflic, eşitmə əngəlli və digər) şagird də iştirakedib. Bu şagirdlərin rahat şəkildə imtahan verməsi üçün imtahanbinalarında xüsusi zallar ayrılıb. Orqanizmin funksiyalarının81-100 faiz pozulmasına görə gözdən əlilliyi müəyyən edilmişşəxslərə fərdi nəzarətçilər təyin edilib.

İlkin məlumatlara əsasən, 3 nəfərdə mobil telefon, 1 nəfərdə isəağıllı saat aşkarlandığı üçün imtahandan xaric edilib. Qeyd olunanhallarla bağlı araşdırma aparılır.

İmtahanda iştirak etmək üçün tələb olunan sənədləri qaydasındaolmayan - şəxsiyyət vəsiqəsini evdə unudan, etibarlılıq müddətibaşa çatan, şəxsiyyəti təsdiq edən sənədin surəti ilə imtahanagələn və ya vəsiqəsində şəkli olmadığı üçün məktəbdən verilənşəkilli arayışı özü ilə gətirməyən şagirdlər də olub.

DİM növbəti imtahanlarda iştirak edəcək şagirdlərə bir dahaxatırladır ki, sənədləri ilə diqqətli olsunlar. İmtahana gələrkənburaxılış vərəqəsini, şəxsiyyəti təsdiq edən sənədin əslini(şəxsiyyət vəsiqəsində şəkli olmayan şagirdlər digər sənədlərləyanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş və fotoşəkilləriyapışdırılmış arayışı gətirməyi unutmasınlar.

Martın 11-dən etibarən DİM-də imtahan protokolları və cavabvərəqlərinin emalına başlanılacaq.

İmtahanlarda istifadə olunan yazılı cavab tələb edən açıq tiplitapşırıqların yoxlanılması vaxt tələb etdiyindən nəticələrin yaxın4 həftə ərzində elan olunması nəzərdə tutulur.

Xatırladaq ki, imtahan başa çatdıqdan sonra iştirakçılara sualkitabçalarını özləri ilə aparmağa icazə verilib.

İmtahanda istifadə edilmiş test tapşırıqlarının (qapalı vəkodlaşdırıla bilən açıq tipli) cavabları da imtahandan dərhal sonraMərkəzin saytına yerləşdirilib. İştirakçılar doğru cavab etalonlarıilə DİM-in saytında tanış ola bilərlər.

Избранный
164
50
az.trend.az

10Источники