RU

Xaçmazda Novruz bayramı ərəfəsində şəhid ailəsi ziyarət olunub

Novruz bayramı ərəfəsində Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev, rayon prokuroru Rəşad Məmmədov, Çiləgir kəndindən olan Birinci Qarabağ Müharibəsi şəhidi Əfqan Yəhyayev və Vətən Müharibəsi şəhidi İkram Məmmədovun valideynləri ilə birlikdə Azərbaycan Ordusunun həyata keçirdiyi lokal xarakterli antiterror tədbirləri zamanı şəhidlik zirvəsinə ucalan Çiləgir kənd sakini, Amid Qədirovun ailəsini ziyarət ediblər.
Bayram münasibətilə təbriklərini çatdıran Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev qeyd edib ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Silahlı Qüvvələri tərəfindən qazanılan Böyük Zəfər 30 ildən çox davam edən ədalətsizliyə son qoyub. Xalqımızın qəhrəman əsgər və zabitlərinin fədakarlığı ilə Azərbaycanın ərazi bütövlüyü təmin edilib. Ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin xatirəsini və adını uca tutmaq, əbədiləşdirmək, onların yaxınlarına, doğmalarına, ailə üzvlərinə diqqət və qayğı göstərmək hər birimizin vətəndaşlıq borcudur.
Şəhid Amid Qədirovun ailə üzvləri göstərilən yüksək diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.
Qeyd edək ki, Şəhid Qədirov Amid Qurban oğlu döyüşlərdə göstərdiyi igidliyə görə ölümündən sonra Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamlarına əsasən 3-cü dərəcəli “ Vətənə xidmətə görə” ordeni və “Vətən uğrunda" medalı ilə təltif olunub.



















































Умирая, Горбачев выдал имя: кто приказал развалить СССР








Не поверите зачем опытные хозяйки скупают всю фольгу








Правда вскрылась: Горбачев рассказал, кто приказал развалить СССР

Избранный
509
xalqcebhesi.az

1Источники