RU

Rişi Sunak Bakıya məktub göndərdi: COP29-a qədər sülhə nail olunacağına inanırıq

Böyük Britaniyanın Baş naziri Rişi Sunak XI Bakı Qlobal Forumun rəsmi açılış mərasiminə məktub ünvanlayıb.


Modern.az xəbər verir ki, o, Bakı Qlobal Forumunun keçirilməsi münasibəti ilə təbrik edib.

 

O xatırladıb ki, Bakı noyabrda COP29-a ev sahibliyi edəcək: “Ölkəmizin bu çağırışın öhdəsindən layiqincə gələcəyinə inanıram. Biz qlobal tullantıları azaltmalıyıq. Böyük Britaniya neft və qaz istehsalçısı olan ölkə kimi Paris öhdəliyinə sadiqdir, ədalətli keçid kursunun qəbul edilməsinin zəruriliyini anlayırıq. Biz iqlim dəyişikliyi ilə mübarizə üçün trilyonlarla vəsaiti cəlb edəcək iddialı nəticələr əldə etməliyik. Azərbaycan BƏƏ və Braziliyanın bu sahədə birgə fəaliyyətini də alqışlayırıq. Qlazqoda bu sahədə əldə etdiyimiz təcrübəni bölüşməyə hazırıq”.
 

Rişi Sunak qeyd edib ki, Britaniya Xəzər dənizi vasitəsi ilə yeni nəqliyyat bağlantılarını dəstəkləyir: “Hazırda Azərbaycanın Ermənistanla on illiklərlə davam edən münaqişəyə son qoyması üçün tarixi fürsət var. Noyabrda COP29-a qədər sülhün nail olunduğu Cənubi Qafqaz görmək daha önəmli hadisə olardı”.
 

Baş nazir nəzərə çatdırıb ki, Azərbaycanla Britaniya arasında münasibətlər inkişaf etməkdədir: “COP29-la bağlı Azərbaycanı dəstəkləməyə davam edirik. İnanırıq ki, COP29-a qədər Azərbaycanla Ermənistan sülhə nail olacaq”.

Избранный
414
18
modern.az

10Источники