RU

Qlaukomatoloqların V konfrası keçirilib

Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi və Azərbaycan Oftalmoloqlar Cəmiyyətinin birgə təşəbbüsü ilə Beynəlxalq “Qlaukoma həftəsi” çərçivəsində “Azərbaycan qlaukomatoloqlarının V konfrası” keçiriliи. 
Bu barədə XQ-yə mərkəzin elmi-məlumat və  təşkilati metodik bölməsindən verilən məlumatda bildirilir. 
Qeyd olunur ki, konfransın keçirilməsində əsas məqsəd qlaukoma mövzusu ilə bağlı yenilikləri, müalicə üsullarını müzakirə etmək, region həkimlərinin və gənc kadrların iştirakını təmin edərək, onların bu yenilikləri tətbiq etməsinə şərait yaratmaqdan ibarətdir.
Konfrans təşkilat komitəsinin üzvləri həkim Ceyhun Nəzərli, tibb üzrə fəlsəfə doktorları Cəmil Həsənov, Yazgül Abdıyeva, Mətanət Əfəndiyeva, Nigar Həsənova, Ruhəngiz Balayeva və həkim Sona İbrahimova tərəfindən həyata keçirilib.
Toplantıda çıxış edənlər qlaukomanın müasir diaqnostik təhlilindən, onun müalicəsindən danışıblar, xəstəliklərin aradan qaldırılması ilə bağlı fikir mübadiləsi aparıblar.
Konfransda Türkiyədən, regionlardan, digər təşkilatlardan və Oftalmologiya Mərkəzindən həkim heyəti iştirak edib. 
Konfrans, moderatorlar– tibb elmləri doktorları Kərəm Kərimov (professor),  Paşa Qəlbinur (professor), Hicran Namazova, Nizami Bağırov, Rasim Hacıyev, Müşfiq Kərimov, Tural Qəlbinur, Aybəniz Əhmədova, Qurban Ismayilov, Nigar Həsənova, həkim Emin Əlihüseynli, tibb üzrə fəlsəfə doktorları Сəmil Həsənov,  Rafadar Xəliliov, həkimlər Xəlil Hüseynov, Məhərrəm Pirmətov, və İmran Cərullazadə tərəfindən həyata keçirilib. 
Konfrasda tibb elmləri doktoru Hicran Namazova, həkimlər Leyda  Kazımova,  Sona İbrahimova, tibb üzrə fəlsəfə doktorları Gülnarə Məmmədova, Səbinə Məcidova, Xuraman Ramazanova, Mariat Sultanova, Nigar Həsənova, Mətanət Əfəndiyeva, tibb elmləri doktoru Tural Qəlbinur, həkimlər İmran Carullazadə, Məhərrəm Pirmətov, eyni zamanda, türk qonaqlar dosentlər Mehmet Yakın, Gülizar Demirok və  Ümit Ekşioğlu tərəfindən məruzə edilib. 
Daha sonramərasim iştirakçılarına tibb üzrə fəlsəfə doktoru Cəmil Həsənov tərəfindən canlı cərrahiyə təqdim olunub.
Konfransın sonunda sual və təkliflər səsləndirilib.
Z.HÜSEYNOVAXQ

Избранный
262
xalqqazeti.az

1Источники