RU

İnstitutun İdarə Heyəti sədrinin və altı əməkdaşının tezisləri dərc edilib

Hüquq və İnsan Haqları İnstitutunun İdarə Heyətinin sədri Məhəmməd Quluzadə martın 15-də Dövlət Təhlükəsizlik Xidmətinin Heydər Əliyev adına Akademiyasının təhlükəsizlik orqanlarının yaradılmasının 105 illiyinə həsr olunmuş “Azərbaycanın təhlükəsizlik orqanları: tarixi inkişaf və müasirlik” mövzusunda təşkil etdiyi respublika elmi-praktik konfransında iştirak edib. Həmçinin, M.Quluzadənin “ABŞ Məhkəməsi Ermənistanın məsuliyyətinə dair işə baxa bilərmi?” adlı tezisi konfransın materiallar toplusunda dərc edilib.
QHT.az xəbər verir ki, eyni zamanda, İnstitutun 6 hüquqşünasının – S.Həsənzadənin “Azərbaycanın təhlükəsizlik orqanları: tarixi inkişaf və müasirlik”, İ.M.Əliyevin “Этические основы закона в истории политико-правовой мысли Азербайджана в раннем Средневековье”, T.Əliyevin “Süni adaların hüquqi statusu”, A.Cahangirovanın “Milli təhlükəsizlik konsepsiyası Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin qarantı kimi”, A.Abdullasoyun “Azərbaycan Respublikasının Milli Təhlükəsizlik konsepsiyasında yeni strateji hədəflərin yer almasının əsasları” və A.Ariflinin “Süni intellekt - hüququn subyekti kimi” adlı tezisləri də konfransın eyniadlı materiallar toplusunda dərc edilib.

Избранный
499
qht.az

1Источники