RU

Qazax rayonunun anklav kəndlərindən SON GÖRÜNTÜLƏR

Ermənistanın işğalı altında olan Qazax rayonunun kəndlərindən ən son görüntülər yayılıb.

Publika.az xəbər verir ki, bubarədə kadrlar “İTV Xəbər”də yayımlanıb.

Bir vaxtlar səkkiz minə yaxın əhalinin yaşadığı kəndlər indi xaraba qalıb.

Qeyd edək ki, Qazaxın işğal altında olan Sofulu, Barxudarlı, Bağanis Ayrım, Qızıl Hacılı, Yuxarı Əskipara, Aşağı Əskipara və Xeyrimli kəndləri Ermənistan tərəfindən işğal edilib.

Bu kəndlər keçmiş münaqişə zonasından yüzlərlə kilometr uzaqlıqda yerləşir.

Ötən əsrin 90-cı illərində işğal zamanı Ermənistan tərəfi strateji yüksəkliklərdə mövqe tutub. Həmin mövqelərdən Qazaxın yaşayış olan digər kəndləri atəşə tutulub.

Избранный
373
18
publika.az

10Источники