Adanada orta məktəbdə oxuyan bacısını məktəbə göndərmək istəməyən qardaş məktəbə basqın edərək müəllimlərə hücum edib.
Day.Az axşam.az-a istinadən bildirir ki, Berat Z. orta məktəb şagirdi olan bacısını oxumasını istəmədiyini əsas gətirərək məktəbdən çıxarmaq istəyib. Bu səbəbdən məktəbə basqın edərək bacısını zorla sinifdən çıxarmaq istəyən Berat Z.-ni müəllimlər dayandırmağa çalışıb.
Berat Z. ona mane olmaq istəyən müəllimlərə hücum edərək 5 nəfəri yaralayıb.
Alınan ilk məlumata görə, yaralı müəllimlərin vəziyyətləri yaxşıdır, şübhəli Berat Z. polis qrupları tərəfindən nəzarətə alınıb.
Həmin anları təqdim edirik: