RU

“Dünyanın qalan hissəsi Amerikanın çirkabını təmizləməli olur”- Zaxarova

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova ABŞ-ın Yaxın Şərq siyasətini tənqid edərək deyib: “Dünyanın qalan hissəsi Amerikanın çirkabını təmizləməli olur.”

Ulusal.az xəbər verir ki, mətbuat katibi M.Zaxarova bildirib: “Ağ Ev İsrailə hərbi qüvvələr göndərmək planının olmadığını deyir. Onlar onsuz da etdiklərini ediblər, indi isə həmişə olduğu kimi hər kəs onların pisliyini təmizləyəcək.

ABŞ əmlak bazarının çökməsi nəticəsində yaranan 2008-ci il maliyyə böhranını xatırlayın. Bu partlayışdan bir ay keçməmiş dünya iqtisadiyyatı çökdü. Dünyanı xilas etmək G-20-yə qaldı”.

Xatırladaq ki, “Həmas”ın hərbi qanadı Qəssam Briqadaları oktyabrın 7-də İsrailə qarşı “Əqsa tufanı” əməliyyatına başlayıb. Qəzzadan İsrailə doğru minlərlə raket atılıb, silahlı qruplar bölgədəki yaşayış məntəqələrinə daxil olub. İsrail ordusu da döyüş təyyarələri ilə Qəzza zolağına qarşı “Dəmir qılınclar” əməliyyatına başlayıb. Artan gərginlikdə hər iki tərəfdən yüzlərlə ölü və minlərlə yaralı var.

Избранный
484
1
ulusal.az

10Источники