RU

Acı məhrumiyyətlərin yaşandığı 31 mart ..

Azərbaycanın düçar olduğu bəlaların ən müdhişlərindən biri də 31 mart soyqırımıdır.Tarix boyu aldığımız yaraların ən sağalmazı, ən ağırıdı bu hadisə. Hər dəfə bu hadisə xatırlananda üstündən uzun illər keçməsinə baxmayaraq hamımızı kədər -qəm boğur.Bir xalq olaraq bu dəhşətli və fəlakətli hadisənin ağrılıarını dönə-dönə yaşayırıq. Erməni Milli Şurasına tabe olan sovetlərin siyahısında yalnız adı olan bir ordu xalqımıza qarşı amansız bir qətlaim hazırlayaraq acımasız şəkildə həyata keçirdi. Martın 31-də yaradılan müdafiə Komitəsi bütün mübarizəni öz üzərinə götürdü. Bu komitənin tərkibinə P. Caparidze, Q. Korqanov, İ. Suxartsev, Stepan Şaumyan daxil idilər. Eyni zamanda mart döyüşləri günlərində Bakıda bolşevik dəstəsinin rəisi N. Anançenko, komissarı isə S. Martikyan idi. Azərbaycan əhalisinə qarşı vuruşmada erməni milli hissələrindən istifadə etmək və sağ eserlərin və daşnakların arxasınca gedən rus və erməni fəhlələri Sovet hakimiyyəti tərəfindən mübarizəyə cəlb etmək üçün İnqilabi Müdafiə Komitəsi həmin partiyaların nümayəndələrini də dəvət etmişdilər. Bakıda azərbaycanlılar, erməni daşnak-rus bolşevik silahlı dəstələrinin aktiv fəaliyyətini gördüyündən, özünümüdafiə tədbirləri görməliydi və silaha əl atmağa məcbur idilər. Lakin azərbaycanlıların hərbi təşkilatı və sursatı kifayət qədər deyildi, hətta, demək olar ki, yox dərəcəsində idi. Belə olan halda, təbidir ki, mübarizədə azərbaycanlıların qalib gəlməsi mümkün deyildi. Bunu yaxşı başa düşən St. Şaumyan və erməni daşnakları Bakı şəhərində qabaqcadan planlaşdırılan və xüsusi hazırlıq görülmüş dəhşətli qırğınlara, qarətlərə başladılar. Bütün faciələr azərbaycanlıların yaşadığı məhəllələrdə baş verirdi. Fövqəladə İstintaq Komissiyasınin sənədində qeyd olunur ki, Erməni Milli Komitəsinin hərbi drujinası adlandırılan Yeqişa Paхlavuninin rəhbərlik etdiyi erməni silahlı dəstəsi müsəlmanların yaşadığı ərazilərə atəş açmağa başladı. Demək olar ki, eyni bir vaxta Levon Saatsazbekovun erməni dəstəsi şəhərin "Şamaxinka" adlanan hissəsini atəşə tutdu.Xəzər dənizində yerləşən rus hərbi donanması ermənilərin fitvasına uyaraq şəhərin azərbaycanlıların sıx yaşadığı məhəllələri top atəşinə tutdular. Bu atəş nəticəsində müsəlmanların əsas ibadət yeri sayılan "Təzə pir" məscidinin minarələri ağır zədə aldı. Mənbənin verdiyi məlumata görə rus matrosları müsəlmanlara qarşı çıxış etmək istəmirdilər. Ermənilər onları aldadaraq, inandırmışdılar ki, müsəlmanlar rusları, ümumiyyətlə, bütün xristianların hamısını doğrayıblar. Lakin matroslara aydın olanda ki, müsəlmanlar ruslara nəinki toxunmayıblar, əksinə onları müdafiə ediblər və yedizdiriblər, yalnız bundan sonra toplardan atəşi dayadırdılar. Bütün bunlara baxmayaraq, bu top atəşləri nəticəsində hər halda şəhərin tikililərinə və əhalisinə böyük ziyan dəymişdi. Seyid Cəfər Pişəvəri "Bakıdakı ilk Sovet hökumətinin müqəddəratı" adlı məqaləsində yazırdı:"Mən daşnakların vəhşiliklərini, saysız – hesabsız günahsız adamların, хüsusilə bitərəf iranlıların öldürülüb karvansaralarda meyitlərinin yandırılmasını öz gözümlə görmüşdüm. Bu çoх faciəli və nifrətləndirici bir hərəkət olmuşdu. Heç bir əsas və ünvan olmadan yalnız kin və ədavət üzündən daşnakların törətdikləri cinayət hər bir insanın ruhunu sıхıb kədərləndirirdi".Bu unudulmayacaq vəhşətləri adicə təsəvvür etməyin özü belə çox qorxunc idi- müsavatçılar sıхışdırılıb şəhərdən uzaqlaşdırılan kimi ayrı-ayrı silahlı daşnak dəstələri şəhərdə qırğına, evləri yandırmağa, talanlar törətməyə, heç bir şeydə günahı olmayan dinc vətəndaşları, başlıca olaraq azərbaycanlıları qətlə yetirmişdi.Ermənilər müsəlmanların evlərinə soxulur, bu evlərin sakinlərini qırır, onları qılınc və xəncərlərlə doğrayır, süngülərlə deşik-deşik edir, uşaqları yanan evin alovları içərisinə atırdılar.1918-ci ilin martında, yalnız Bakıda daşnaklar bolşeviklər, menşeviklər və başqa partiyalarla birgə 15 mindən çox günahsız müsəlmanın qətlə yetirildiyi göstərilmişdi. Ermənilərin dinc müsəlmanları qətlə yetirmələri, yalnız 36-cı Türkistan polkunun tələbindən və dənizçilərin hədələrindən sonra dayandırılmışdı. Dənizçilər tələb etmişdilər ki, əgər ermənilər müsəlmanları öldürməkdən əl çəkməsələr, onda ermənilərin yaşadığı hissələrə toplardan atəş açacaqlar. "Ərdəhan" və "Krasnovodsk" hərbi gəmiləri şəhərin şərq hissəsində yerləşən limanına yaxınlaşdı. Yalnız bundan sonra ermənilər məcbur olub atəşi və qırğınları dayadırmışdılar. Stepan Şaumyanın rəhbərlik etdiyi Bakı Soveti isə qırğını dayandırmaq üçün elə bir ciddi cəhd göstərməmişdi. Bakıda Azərbaycanlıların soyqırımı zamanı təxmini hesablamalara görə, 15–20 min azərbaycanlı öldürülmüşdü.O dövrə aid sənədləri araşdıran tarixçilərin əldə etdikləri gərəkli tarixi materiallardan aydın olur ki:-Şəhərdə Bakı Sovetinin erməni daşnak-rus bolşevik qüvvələri azərbaycanlılara qarşı qanlı qırğınları zamanı ictimai və şəxsi binalara da çox böyük ziyan dəymişdir. Belə ki, "Açıq söz" və "Kaspi" qəzetlərinin redaksiyaları yandırılmış, Bakıda ən iri məscid bombalanmışdı. Bakıda İsmailiyyə Xeyriyyə Cəmiyyətinin binası, Şirvanşahlar Sarayı ansambılına daxil olan ХIV əsrdə tikilmiş Keyqubad məscidi, oktyabr ayında Cənubi Azərbaycandakı avşarların məskun olduğu Urmiya şəhərinin abidələrini rus əsgərləri ermənilərlə birlikdə yandırıb külə döndərmişdilər..1918-ci ilin 30 mart və 3 aprel tarixləri arasında Bakı şəhərində və Bakı quberniyasının müxtəlif bölgələrində, eləcə də Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Salyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə Bakı Soveti və daşnak erməni silahlı dəstələri azərbaycanlıları kütləvi şəkildə vəhşicəsinə qətlə yetirmişlər.Bu ağır faciə ilə bağlı tarixi məlumatları araşdırarkən o dəhşətli günlərin şahidi olmuş Kulner familiyalı bir alman mühəndisinin 1925-ci ildə Bakı hadisələri barədə bunları yazdığına rast gəldim: “Ermənilər müsəlman (azərbaycanlı) məhəllələrinə soxularaq hər kəsi öldürür, qılıncla parçalayır, süngü ilə dəlmə-deşik edirdilər. Qırğından bir neçə gün sonra bir çuxurdan çıxarılan 87 azərbaycanlı cəsədinin qulaqları, burunları kəsilmiş, qarınları yırtılmış, cinsiyyət orqanları doğranmışdır. Ermənilər uşaqlara acımadıqları kimi, yaşlılara da rəhm etməmişdilər.” Gənc qadınların diri-diri divara mıxlanması, ermənilərin hücumundan sığınmağa çalışan iki min nəfərin yerləşdiyi şəhər xəstəxanasının yandırıldığı da bu dəhşətli faktlar sırasındadır.İrəvan quberniyası, Şərur-Dərələyəz, Sürməli, Qars və digər ərazilərdə azərbaycanlıların qırğınının fəal iştirakçılarından biri olmuş erməni zabiti Ovanes Apresyanın xatirələri əsasında amerikalı aqronom Leonard Ramsden Hartvill “İnsanlar belə imişlər” adlı kitab yazmışdır. Ovanes Apresyan kitabın müəllifi ilə söhbəti zamanı ermənilərin, ingilislərin və rusların yardımı ilə öz məqsədlərinə çatdıqlarını qeyd edərək, təkcə Bakıda Mart qırğını zamanı iyirmi beş min azərbaycanlının qətlə yetirildiyini bildirmişdir.Erməni silahlı dəstələri Zəngəzur qəzasında 115 azərbaycanlı kəndini məhv etmiş, 3257 kişi, 2276 qadın və 2196 uşağı öldürmüşdülər. Bütövlükdə bu qəza üzrə 10068 azərbaycanlı öldürülmüş və ya şikəst edilmiş, 50000 azərbaycanlı qaçqın düşmüşdür.İrəvan quberniyasının 199 kəndində yaşayan 135 min azərbaycanlı məhv edilmiş, kəndlər isə yerlə yeksan edilmişdir. Erməni silahlı dəstələri daha sonra Qarabağa yürüş etmiş, 1918-1920-ci illər arasında Qarabağın dağlıq hissəsində 150 kənd dağıdılımış, əhalisi məhv edilmişdir.Nə yaxşı ki, faktlar itmir, tarixin yaddaşından pozulmur.Bu faciənin, xalqımızın yaşadığı acı məhrumiyyətlərin və müsibətlərin üstündən illər keçdikdən,Azərbaycan müstəqilliyini qazanandan sonra Ulu Öndər Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti kimi 26 mart 1998-ci il tarixdə 31 mart Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd olunması barədə Sərəncam imzaladı.Soyqırımı qurbanlarının xatirəsini ehtiramla yad edir, onlara Allahdan rəhmət diləyirəm. Allahverdiyeva GülnarəADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinin müəllimi 

Избранный
583
adalet.az

1Источники