RU

Qulu Ağsəs: “Görsən üşüyürsən...”

Tanınmış Azərbaycan şairi, AYB-nin “Ulduz” ədəbi dərgisinin baş re­daktoru Qulu Ağsəsin “Görsən üşü­yürsən...” adlı şeirlər kitabı işıq üzü görüb.
“Təhsil Nəşriyyat-Poliqrafiya” MMC-də nəfis şəkildə dərc edilən kitabda müəllifin müxtəlif illərdə yazdığı poetik nümunələr toplanıb.
Yaxşı pəhrizi var iztirabların, 
nə özüm kökəldim, nə kitablarım... 
– deyən Qulu Ağsəsin yaradıcılı­ğı müasir mədəniyyətimizdə orijinal fikir və yazı üslubu ilə fərqlənir. Şairin yeni kitabında onun müxtəlif illərdə, rəngarəng mövzularda qələmə aldı­ğı şeirlər yer alıb. Buna qədər oxucu rəğbətini qazanan, çağdaş poeziyamı­zın incilərinə dönən, publisistikamız­da örnəyə çevrilən “Sənsən hər yer”, “Nabran novellası”, “Т.о.ч.к.и.” (rus dilində), “Вiтряна пошта” (Ukrayna dilində), “Dawn” (ingilis dilində), “Yor­ğun ağacam” (Təbriz) kimi kitabları işıq üzü görüb. Haqqında yazılan çoxsaylı məqalələrlə yanaşı, filologiya üzrə fəl­səfə doktoru, dosent Kəmalə Umudova şairin yaradıcılığından bəhs edən “Adı soyadını eşidən şair – Qulu Ağsəs” adlı elmi araşdırma da maraqla oxunur. 
Qulu Ağsəs şeirlərinin mərkəzində İnsan durur. Oxucular kitabda şairin “in­san–təbiət”, “insan–insan”, insan–Tan­rı”, “insan–sevgi”, “insan–həyat”, insan–torpaq” münasibətlərinə özünəməxsus fəlsəfi baxışları ilə baş-başa qalaraq, işğala, müharibələrə, haqsızlığa və ədalətsizliyə qarşı üsyankar poetik dü­şüncələri ilə tanış ola bilərlər. 
Kitabın naşiri Tural Axundov, redak­toru Günay Səma Şirvan, nəşrə məsul isə Süleyman Muradlıdır.
Ə.DOSTƏLİ XQ

Избранный
503
1
xalqqazeti.az

2Источники