RU

Qulu Ağsəsin yeni şeirlər kitabı

Tanınmış şair, “Ulduz” jurnalının baş redaktoru Qulu Ağsəsin "Görsən üşüyürsən..." adlı şeirlər kitabı işıq üzü görüb.

“Təhsil Nəşriyyat-Poliqrafiya” MMC-də nəfis şəkildə dərc edilən kitabda müəllifin müxtəlif illərdə, rəngarəng mövzularda qələmə aldığı şeirlər toplanıb. Q.Ağsəsin indiyə qədər oxucu rəğbətini qazanan “Sənsən hər yer” (2002), “Т.о.ч.к.и.” (2007, rus dilində), “Nabran novellası” (2009), “Вiтряна пошта” (Kiyev, 2009), “Dawn” (2016, ingilis dilində), “Yorğun ağacam” (Təbriz, 2022) kimi kitabları işıq üzü görüb. Haqqında yazılan çoxsaylı məqalələrlə yanaşı, filologiya üzrə fəlsəfə doktoru, dosent Kəmalə Umudova şairin yaradıcılığından bəhs edən “Adı soyadını eşidən şair - Qulu Ağsəs” adlı elmi araşdırma da ərsəyə gətirib.

Qulu Ağsəs şeirlərinin mərkəzində insan faktoru dayanır. Oxucular kitabda şairin “insan-təbiət”, “insan-insan”, insan-Tanrı”, “insan-sevgi”, “insan-həyat”, “insan-torpaq” münasibətlərinə özünəməxsus fəlsəfi baxışları ilə baş-başa qalacaq, işğala, müharibələrə, haqsızlığa və ədalətsizliyə qarşı üsyankar poetik düşüncələri ilə tanış olacaqlar.

Kitabın naşiri Tural Axundov, redaktoru Günay Səma Şirvan, nəşrə məsul isə Süleyman Muradlıdır.
 























Bizi Facebookda izləyin

Избранный
452
1
525.az

2Источники