Azərbaycanda keçirilən Belarus Mədəniyyət Günləri günləri çərçivəsində Bakıda Nizami Kino Mərkəzində Belarus Kino Günlərinin açılışı olub.Bu barədə Adalet.az-a Azərbaycan Respublikası Kino Agentliyinin mətbuat xidmətindən bildirilib.Məlumata görə, Belarusun Azərbaycandakı səfirliyinin nümayəndələri, tanınmış kino, mədəniyyət və incəsənət xadimlərinin iştirak etdiyi tədbiri açıq elan edən Azərbaycan Respublikası Kino Agentliyinin (ARKA) baş direktoru vəzifəsini icra edən Orxan Fikrətoğlu ölkəmizdə Belarus Mədəniyyəti Günlərinin keçirilməsinin əlamətdar hadisə olduğunu qeyd edib.O.Fikrətoğlu bildirib ki, Belarusun qədim slavyan ənənələri, dili, mədəni dəyərlərinin təqdimatı aprelin 3-dək azərbaycanlı tamaşaçılara kino dili ilə təqdim olunacaq. “Belarusfilm”in yüz ili əhatə edən ənənələri var və bu studiyada lentə alınan filmlər hər zaman böyük maraqla qarşılanıb.Onun sözlərinə görə, Azərbaycan filmlərinin də Belarusda bu formada təqdimi nəzərdə tutulub."Belarusfilm" kinostudiyasının baş direktoru Yuri Aleksey kino günləri ilə bağlı təəssüratlarını bölüşüb. Kino günlərində təqdim olunacaq filmlər haqqında məlumat verib: ”Azərbaycan tamaşaçılarına üçün dörd film gətirmişik - bunlardan ikisi bədii, ikisi isə sənədli filmdir. Biz öz köklərimizi, adət-ənənələrimizi, mədəniyyətimizi kino vasitəsilə göstərmək istəyirik. Əminəm ki, Azərbaycan tamaşaçıları buna maraq göstərəcək”.O diqqətə çatdırıb ki, Azərbaycanla kino sahəsində əməkdaşlıq məsələləri də nəzərdə tutulub. Bununla bağlı rəhbərlik etdiyi qurumla Azərbaycan tərəfi arasında danışıqlar davam edir və gələcəkdə birgə əməkdaşlıqla bağlı saziş imzalanacaq.Y.Aleksey Belarus və Azərbaycan arasında mədəni əməkdaşlığın inkişafının vacibliyini qeyd edib.Çıxışlardan sonra "Лист ожидания" (“Gözləmə siyahısı”) dramının nümayişi baş tutub. 2023-cü ildə istehsal olunan filmin rejissoru A. Yefremovdur.Sonra Aleksandr Yefremovun kardioloqların taleyindən, onların mürəkkəb peşəsindən, məişət qayğılarından bəhs edən “Gözləmə siyahısı...” filmi təqdim olunub.Qeyd edək ki, Belarus Kino Günləri çərçivəsində aprelin 2-də saat 16:00-da Nizami Kino Mərkəzində Yevgeni Setkonun yandırılmış Belarus kəndlərindən bəhs edən “Perezvon” sənədli filminin nümayişi olacaq.Saat 19:00-da isə İvan Pavlovun Böyük Vətən müharibəsi illərində Belarusun faşistlərdən azad edilməsində partiuzanların qəhrəmanlığından bəhjs edən "Yoxlama" bədii filmi nümayiş etdiriləcək.Aprelin 3-də saat 19.00-da Nizami Kino Mərkəzində İqor Bışnevin belarus bizonunun növlərinin dirçəldilməsi üçün uzun və zəhmətli işlərdən bəhs edən “Xilas edilmiş nəhəngin ölkəsi” sənədli filmi tamaşaçıların diqqətinə təqdim olunacaq.
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта