RU

Onlardan geriyə bu şəkil qaldı...

Xəbər verdiyimiz kimi, 4 gün öncə Astara rayonunun Ərçivan qəsəbəsində gənc ailənin üzvlərinin hamısının ölümü ilə nəticələnən dəhşətli yol qəzası baş verib.  

“Qafqazinfo” xəbər verir ki, Cənublu.az saytı ailə üzvlərinin birgə fotosunu yayıb. 

Şəkildə gördükləriniz - Şiyəkəran kənd sakini, 31 yaşlı Mirzəmməd Əliyev, onun həyat yoldaşı, Cəlilabad rayon sakini, 22 yaşlı Fərqanə Əliyeva və onların 3 yaşlı uşaqları Gülxanım Əliyevadır.

Xəbəri rus dilində oxuyun: Задержаны 8 подозреваемых в работе на “Моссад” - ВИДЕО

Qeyd edək ki, qəzaya düşən “BMW” markalı avtomobilin sürücüsü Mirzəmməd Əliyev həyat yoldaşı və 3 yaşlı övladı ilə birgə Bakıdan Astaraya gedibmiş. Paytaxtda çalışan gənc Şiyəkəran kəndində yaxınlarını gördükdən sonra həyat yoldaşı və qızı ilə birgə Astara şəhərinə parka gəzintiyə çıxmaq qərarına gəlib. Onun idarə etdiyi avtomobil Rusiyaya məxsus TIR-a çırpılıb. Nəticədə avtomobil alovlanıb və maşında çıxılmaz vəziyyətdə qalan 3 nəfər yanaraq ölüblər.

Избранный
577
qafqazinfo.az

1Источники