RU

"İnanın ki, bəlkə də bu, çoxlarına əlçatmaz gəlirdi" - Polkovnik

Bildiyimiz kimi, prezident İlham Əliyev oktyabrın 15-də Xankəndi şəhərində Azərbaycan Dövlət Bayrağını ucaldıb və xalqa müraciətlə çıxış edib.

Ölkə başçısı çıxışında bir neçə vacib məqamlara toxunub. Onlardan biri də Azərbaycan gənci ilə bağlı idi. Prezident dedi ki, yetişdirilən gənc nəsil Vətən, torpaq uğrunda ölümə getməyə hazır idi:

"Bu gün burada olmağımızın əsas səbəbkarı Azərbaycan xalqıdır, Azərbaycan övladıdır. Elə bir gənc nəsil yetişdirdik ki, Vətən, torpaq uğrunda ölümə getməyə hazır idi və ölümə də gedirdi. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Biz onların ruhu qarşısında baş əyirik. Biz Azərbaycan xalqı olaraq onlara əbədi borcluyuq. Həm üç il bundan əvvəl, həm son üç il ərzində, həm də sentyabr ayında keçirilmiş antiterror əməliyyatı zamanı Azərbaycan əsgəri, zabiti əsl qəhrəmanlıq, vətənpərvərlik, fədakarlıq göstərmişdir. Biz Ordumuzla, Silahlı Qüvvələrimizlə fəxr edirik, onlar bizim qürur mənbəyimizdir. Təkcə Azərbaycan vətəndaşları yox, əminəm ki, dünyada yaşayan on milyonlarla azərbaycanlı Azərbaycan əsgəri və zabiti ilə, Azərbaycan dövləti ilə haqlı olaraq fəxr edir", - deyə İlham Əliyev çıxışında vurğuladı.

Prezidentin bu çıxışı ilə bağlı ehtiyatda olan polkovnik Elşad İsayev Redaktor.az-a danışdı.

O, dedi ki, prezidentin Xankəndidə, Xocalıda, Ağdərədə və digər ərazilərdə bayrağımızı ucaltmağı hər birimizi sevindirdi:

"30 ildən çoxdur arzumuz idi, o torpaqlarda Azərbaycan bayrağı uclasın. Ölkə başçısının ora səfəri, Azərbaycan xalqına oradan müraciəti sözlə ifadə edilə bilmiyəcək qədər gözəl hiss idi. Hələ 44 günlük müharibəyə qədər Azərbaycan ordusu addım-addım irəli getdikcə hər dəfə prezident xalqa müraciətində, çıxışda bildirilirdi ki, vaxt gələcək bizim üçrəngli bayrağımız, müqəddəs bayrağımız Şuşada, Ağdamda, Laçında, Kəlbəcərdə və hətta Xankəndidə dağılacaq. İnanın ki, bəlkə də bu, çoxlarına əlçatmaz gəlirdi. Ancaq gördük ki, bu sözlər hamısı zaman-zaman yerinə yetirilir. Bu gün üçrəngli Azərbaycan bayrağı Xankəndi şəhərinin mərkəzində yüksəlir, şeytan və quldur yuvası birdəfəlik dağıdıldı. Ali Baş Komandanın müdrik siyasəti və qətiyyəti, Azərbaycan əsgərinin şücaəti nəticəsində böyük uğurlar qazanıldı. Möhtərəm prezidentimizin Xankəndidə xalqa müraciətini böyük qürur hiss ilə dinlədim, onun dediyi kimi Azərbaycan xalqı bu qələbəyə layiqdir. Allah şəhidlərimizə rəhmət eləsin, yaralılarımıza allahdan şəfa diləyirəm.  

Prezident çıxışında Azərbaycan gəncliyinə də yüklssək qiymət verdi. Müstəqillik illərində  Azərbaycan gəncliyi vətənpərvər və savadlı yetişdi. Azərbaycan Prezidentinin, Ali Baş Komandanın rəhbərliyi altında bu gənclərin sayəsində biz torpaqlarımızı azad etdik və bayrağımız Xankəndidə dalğalanır. Son dərəcə sevincli və qürurluyuq", - deyə E.İsayev bildirdi.

Polkovnik xatırlatdı ki, Xankəndidəki binada bizi hədələyirdilər:

"Cənab prezident bir vaxtlar bu qondarma rejimin rəhbərlərinin əyləşdiyi binada gəzməsi bir azərbaycanlı kimi bizə qürur yaşatdı. Hətta burada cənab Prezidentə bir xəritə göstərdilər, o da qeyd etdi ki, bunlar xəstədirlər. Bəli, sözün həqiqi mənasında xəstə bir təxəyyülün nəticəsidir. Bu gün dünyanın ən zəif ordusuna malik olan, öz sərhədlərini başqa bir dövlətin əsgərinin qoruduğu Ermənistan Türkiyədən, qonşu Gürcüstandan, Azərbaycandan pay istəyir. Bu, xəstə bir millətin təxəyyülüdür".

Humay İSGƏNDƏRLİ

Избранный
718
50
redaktor.az

10Источники