RU

Fitch Agentliyi ABB-nin proqnozunu Stabildən Pozitivə qaldırdı

Fitch Reytinq Agentliyi ABB-nin reytinqlərinə yenidən baxıb. Agentlik Bankın reytinq proqnozunu Stabildən Pozitivə dəyişib.
ABB-nin Dayanıqlılıq reytinqi və Emitentin uzunmüddətli defolt reytinqi “BB-” səviyyəsində təsdiqlənib.
Agentliyin rəyində qeyd edilir ki, ABB-nin reytinqlərinə Pozitiv proqnozun verilməsi Bankın daxili kredit gücü ilə bağlıdır. Mövcud reytinqləri ABB-nin etibarlı balans strukturunu, sağlam maliyyə göstəricilərini və yerli bazardakı güclü mövqeyini əks etdirir.  
ABB Azərbaycanın ən böyük bankıdır. 2023-cü ilin birinci yarısında sektordakı aktivlərin 26%-i, ölkədəki ümumi bank kreditlərinin 20%-i ABB-yə aid olub. Balans strukturu ABB aktivlərinin üstün keyfiyyətinə və Bankın dayanıqlı gəlirliliyinə əsas yaradır, еləcə də Bank üçün güclü kapital və likvidlik buferinə çevrilir.
ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar. Ən sərfəli kredit üçün müraciət et



Bizi sosial şəbəkələrdən izləyin!!
Facebook
Instagram
Telegram

Избранный
646
1
banco.az

2Источники