RU

Suqovuşan istirahət parkına nə qədər vəsait ayrılacaq?

Tərtər rayonunun Suqovuşan qəsəbəsindəki istirahət parkının ilkin olaraq müqavilə dəyəri 4 milyon manat təşkil edir.




Sitat.info xəbər verir ki, bunu Dövlət Turizm Agentliyinin sədr müavini Azadə Hüseynova jurnalistlərə açıqlamasında deyib.




Onun sözlərinə görə, bu məbləğə parkın hər iki mərhələdə inkişafı daxildir:
“Buna həmçinin layihələndirmə işləri, layihə-smeta sənədlərinin hazırlanması daxildir”.
Xatırladaq ki, Suqovuşan istirahət parkının təməli 2022-ci il martın 20-də Azərbaycan Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə qoyulub.

Избранный
335
7
sitat.info

10Источники