RU

Gənc alim Günel Məlikli Rusiyada keçirilən konfransda çıxışına görə sertifikatla təltif edilib - FOTO

Rusiyanın Yekaterinburq şəhərində “Elmi və praktik fəaliyyətin problemləri, innovativ həllərin axtarışı və seçilməsi” adlı beynəlxalq elmi-praktiki konfrans keçirilib. AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun şöbə müdiri siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Günel Məliklinin məqaləsi konfrans materiallarında çap olunub.

Bu barədə "Tehsil.biz"ə AMEA-dan bildirilib.

Konfransda Günel Məlikli “Психология лидерства” mövzusunda onlayn çıxış etdiyinə görə sertifikatla təltif edilib. Çıxışında gənc alim liderlik psixologiyası probleminin tədqiqat üçün vacib aspekt olduğunu söyləyib. Liderlik probleminin sosial-psixoloji elmdə həmişə böyük maraq doğurmasından, müxtəlif dövrlərdə alimlərin liderlik probleminin və onun sosial rolunun müəyyən edilməsinin nöqteyi-nəzərindən tədqiq olunmasından danışıb.

XIX əsrin sonlarında sosial psixologiya elmində “milli şüur” (özünüdərk) və “liderlik” kimi anlayışların öz yerini formalaşdırdığını, problemlərin öyrənilməsinin tez bir zamanda əsasən Amerika və Avropa psixologiyasında sosial psixoloji tədqiqatın əsas məzmununa çevrildiyini bildirib.

“Liderlik probleminin öyrənilməsinin vacib aspektinə müraciət etmək və psixoloji və fəlsəfi kateqoriyalar sistemində liderliyin yerini müəyyənləşdirmək son dərəcə vacib amildir”, - deyə Günel Məlikli vurğulayıb.

Избранный
487
tehsil.biz

1Источники