RU

Vaqif Xaçatryan azərbaycanca danışdı

Qanunsuz erməni silahlı birləşmələrinin üzvləri tərəfindən Xocalı rayonunun Meşəli kəndində soyqırım törədənlərdən biri - Xaçaturyan Vaqif Çerkezoviçin cinayət işi üzrə zərərçəkmiş İlham Kazımov ifadə verib.

Publika.az xəbər verir ki, zərərçəkmiş şəxsin sözlərinə görə, Vaqif Xaçaturyanın özünü yox, atasını tanıyıb.

Meşəli kəndinə hücumdan danışan zərərçəkmiş bildirib ki, həmin gün 25 nəfər qətlə yetirilib, 24 nəfər isə yaralanıb: "Həmin hadisələr zamanı atam da şəhid oldu. Atam Xəlil ovçu idi. Onu vurdular ki, nişan ala bilməsin. Uşaqları da öldürdülər. Mənə Qasımova Nübar dedi ki, bizimkiləri Vaqifin dəstəsi qırdı. Mən də həmin hadisələrdən sonra Vaqifi tanıdım. Vaqif tutulanda dedim ki, düşmənimizi tutdular. Ona ömürlük cəza verilsin".

Zərərçəkmiş bildirib ki, Nübar Qasımova ayağında yaralanmış, əri isə həlak olmuşdu. Onun sözlərinə görə, məktəbin mühafizəsini həyata keçirib, çalışıb ki, məktəbə erməni silahlı şəxs girməsin: "Üç güllə atdılar, sonra yerdən-göydən od yağdı. Elə bil ki, bu atəş parol idi. Laçın rayonuna tərəf yol açıq idi, çox adam o tərəfə çıxdı. Yoxsa daha çox həlak olanlar olacaqdı. Biz üç saat müqavimət gösırdik, sonra silahlarımız tükəndi".

Zərərçəkmiş deyib ki, Vaqif Xaçaturyanın özünü artistliyə qoyub, guya heç kimi tanımadığını bildirir. O təqsirləndirilən şəxsdən şikayətçi olduğunu, ona ömürlük cəza verilməsini istəyib.

Digər zərərçəkmiş, sabiq polis işçisi Nemət Rəcəbov da ifadə verib: "1988-ci ildən sonra ermənilər vəhşiləşdilər. Bizim maşınları daşladılar. Hadisə günü kəndimizə hücum etdilər. Güllə dolu kimi yağırdı".

Избранный
339
50
publika.az

10Источники