Ukrayna Prezidenti Volodimir Zelenskiyə sui-qəsd hazırlamaqda şübhəli bilinən şəxs Polşada ələ keçirilib.AzVision.az xəbər verir ki, bu barədə Ukrayna Təhlükəsizlik Xidmətindən bildirilib.
Məlumata görə, həmin şəxs Zelenskiyə sui-qəsd hazırlamaqla bağlı xüsusi xidmət orqanlarına təklif irəli sürüb. Bu məqsədlə Polşanın Jеşuv-Yasenka Hava Limanı ilə bağlı məlumat toplayaraq Rusiya tərəfinə ötürməyə cəhd göstərib. Bildirilir ki, o məhz bu hava limanında Volodimir Zelenskiyə qarşı sui-qəsd həyata keçirmək istəyib.
AzVision.az
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта