RU

Sovet hökümətinin sirr kimi saxladığı təyyarə qəzası: Binədən ölümə "uçan" 33 nəfərin aqibəti

Sovet dönəmində sovet hakimiyyətinin bir siyasəti vardı. Xalqların imperiyasını dünyaya xoşbəxt göstərmək siyasəti! Odur ki, ölkədə, eləcə də Azərbaycanda olan dəhşətli hadisələrin bir çoxunu xalqdan gizli saxlayır, mediaya ötürmürdülər. Elə hadisələrdən biri də 1966-cı ildə baş verib.23 apreldə Binə hava limanından havaya qalxan İl-14P orta tutumlu sərnişin təyyarəsi Mahaçqalaya səfər edərkən qəzaya uğrayır. Gecə yarısı -uçuşdan 12 dəqiqə sonra (artıq ayın 24) Xəzər dənizi üzərində olarkən təyyarə ilə əlaqə kəsilir. Onun 23 aprel günü Xəzər dənizində müşahidə olunan çətin hava şəraitində qəzaya uğraması ehtimal olunur. Belə ki, aparılan axtarış-xilasetmə işləri heç bir nəticə verməmiş və göyərtəsində 5 heyət üzvü və 28 sərnişin olan İl-14P təyyarəsi bu günə qədər tapılmayıb. Heç sovet höküməti də axtarışları uzatmadı.Ailələr ölən əzizlərini cəsədlərini belə istəməyə cəsarət etmədilər.  Beləliklə, 33 nəfərin ölümünü yaxınlarından başqa kimsə bilmədi. Qeyd edək ki, bu hadisədən bir il əvvəl isə  Azərbaycanda başqa bir təyyarə qəzası baş vermişdi. 1965-ci ilin 25 yanvarında SSRİ Hərbi Hava Qüvvələrinə məxsus An-8 hərbi-nəqliyyat təyyarəsi Goran aerodromundan qalxaraq Gəncə aerodromuna eniş edərkən qəzaya uğrayır. An-8 Gəncə Yağ-piy kombinatının anbarlarına çırpılaraq yanır. Nəticədə 6 heyət üzvünü hamısı həlak olur.Soruşsanız ki," o dönəmlərdə -sovet vaxtında Azərbaycanda ən dəhşətli təyyarə qəzası nə vaxt  olub?", ona da cavab verək: Deməli, 1973-cü il, 18 avqustda Bakı-Aktau-Bakı reysi ilə hərəkət edən AN-24B tipli sərnişin təyyarəsi Binə hava limanından havaya qalxdıqdan bir neçə dəqiqə sonra qəzaya uğrayır. Təyyarənin göyərtəsində 60 sərnişin və 4 heyət üzvü olub (64 nəfər). Qəzadan sağ qurtulan olmayıb. Bu təyyarə qəzası nəticəsində soydaşlarımızın ən çox həlak olduğu hadisədir. Bu hadisəni də sovet höküməti xalqdan gizlətsə də, xarici kəşfiyyat öz mətbuatında bu haqda məlumat yaydı və faciə gizlilikdən çıxdı.Amma qəsdən partladılmış və erməni terroruna məruz qalmış başqa bir təyyarə isə miqyasına görə bu faciədən daha dəhşətli oldu. Sovet dönəmində qəsdlə, terrorla təyyarəmizin vurulması isə indiyənə qədər, Azərbaycan hava sahəsində olan ən böyük faciəmiz kimi dəyərləndirilir.Dekabrın 7-də 1988-cu ildə Ermənistanda 25 min nəfərin həyatına son qoyan dağıdıcı zəlzələyə görə, ehtiyatda olan zabitlər Bakıdan Leninakana kömək göndərilməsi üçün səfərbər olunur! 12 dеkаbr 1988-ci ildə Аzərbаycаndаn İl-76 təyyаrəsi Еrmənistаna göndərilir. Təyyarə Spitak rаyоnunun Quqark şəhərinin yаxınlığındа ermənilər tərəfindən raketlə vurulur. Nəticədə təyyаrədə оlаn 77 аzərbаycаnlıdаn 76-sı həlak olur, cəmi 1 nəfər - Balayev Fəxrəddin təsadüf nəticəsində sağ qalır. Beləliklə, 68 nəfər azərbaycanlı sərnişin və 9 nəfər ekipaj üzvü bu terror aktının qurbanı olur.Müstəqillik dönəmində də, təssüf ki, təyyarə qəzaları bizdən yan keçmədi. Bu haqda məlumatlar başqa bir yazımda öz əksini tapıb.Əgər maraqlanırsınızsa, aşağıdakı linkdən oxuya bilərsiniz.Əntiqə Rəşid

Избранный
401
adalet.az

1Источники