Böyük Britaniyanın “Financial Times” qrupunun “FDI Intelligence” nəşrində 2023-cü ildə ən çox birbaşa xarici investisiyalar yatırılan şəhərlərin “TOP 100” reytinqi açıqlanıb və Bakının reytinq sıralamasında 3-cü yerdə qərarlaşdığı bildirilib. İqtisadiyyat Nazirliyindən aldığımız məlumatda bu barədə ətraflı bəhs olunub.
Nazirlik sözügedən nəşrin dərc etdiyi məqaləyə əsaslanaraq Azərbaycana birbaşa xarici investisiya yatırılması ilə bağlı ötən il əldə edilmiş razılaşmaları 2017-ci ildən sonrakı dövrdə ən irihəcmli layihələr kimi diqqətə çatdırıb və bir neçə mühüm logistika layihələri ilə yanaşı, 2023-cü ildə Bakıya təkcə Macarıstanın “Hell Group” şirkəti tərəfindən 211 milyon dollar sərmayə yatırılacağına dair sazişin imzalanmasını bunun bariz ifadəsi kimi dəyərləndirib.
Qeyd edək ki, ötən il Bakıda İqtisadiyyat naziri Mikayıl Cabbarov və Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyartonun iştirakı ilə İqtisadiyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Azərbaycan İnvestisiya Şirkəti” ASC (AİŞ) və Macarıstanın “Hell Group” şirkəti arasında Birgə İştirak Müqaviləsi imzalanıb. Sənəddə Ələt Azad İqtisadi Zonasında illik istehsal gücü 700 milyon ədəd alüminium içki qutusu təşkil edəcək yeni zavodun tikintisi nəzərdə tutulub. İstehsal olunacaq məhsulların daxili tələbatı ödəməklə yanaşı, Mərkəzi Asiya ölkələrinə də ixrac edilməsi qərara alınıb. Layihədə 300-dən çox iş yerinin yaradılması da planlaşdırılıb.
Ötən il Sumqayıt Kimya Sənaye Parkında Prezident İlham Əliyevin iştirakı ilə “Azərbaycan Vanhong Ceramics Co” MMC-nin keramik plitələr istehsalı müəssisəsinin açılışı olub. 100 faiz Çin kapitallı müəssisəyə 50 milyon dollar məbləğində investisiya yatırılıb və 500-ə yaxın yeni iş yeri yaradılıb.
Azərbaycana böyük həcmdə investisiyanın yatırılacağı daha bir layihə ilə təsdiqlənib: Sumqayıt Kimya Sәnaye Parkında Çinin “BYD Company Limited” şirkәti ilәәmәkdaşlıq çәrçivәsindәelektrik mühәrrikli avtobusların istehsalı planlaşdırılıb. AİŞ-in payçı kimi iştirak edәcәyi həmin layihәdәÇinin adıçəkilən şirkәti tәrәfindәn ilkin olaraq 34 milyon dollar, sonrakı mərhələdə isə 60 milyon dollar mәblәğindәinvestisiyanın yatırılması nəzərdə tutulub.
Sözügedən layihə çərçivəsində 800 yeni iş yeri yaradılacaq. İstehsalın 3-cü ilindәn isə elektrik mühәrrikli avtobusların ehtiyat hissәlәri lokallaşdırılacaq.
Həmçinin AİŞ və Türkiyənin “Gen İlaç ve Sağlık Ürünleri Sanayi ve Ticaret A.Ş” şirkəti arasında imzalanan Birgə İştirak Müqaviləsinə uyğun olaraq, keçən il Pirallahı Sənaye Parkında “Gen Pharma Caucasus Manufacturing Operations” MMC-nin investisiya dəyəri 35 milyon dollar olan dərman vasitələrinin istehsalı müəssisəsinin təməli qoyulub.
Bundan başqa, hazırda İsrailin “BioPharmax” şirkəti ilə Ələt Azad İqtisadi Zonasında layihə dəyəri 45 milyon avro olan əczaçılıq müəssisənin tikintisi həyata keçirilir.
Sahibkarlara önəmli güzəştlər və stimullar təqdim edən Ələt Azad İqtisadi Zonasında sənaye avadanlıqlarının, tikinti materiallarının istehsalı, aviasiya, gəmiçilik, neft-kimya və digər istiqamətlər üzrə layihələrin icrası da nəzərdə tutulur. Həmçinin AİŞ və Türkiyənin “Demirören” şirkətlərinin birgə fəaliyyəti ilə regionlarımızda kiçik su elektrik stansiyalarının bərpası və istismarı layihəsi üzrə 15 milyon dollar, İsrail şirkəti ilə damazlıq yumurta istehsalı layihəsi üzrə 20 milyon manat investisiya yatırılması planlaşdırılır. Bunlarla yanaşı, İqtisadiyyat Nazirliyi tərəfindən dövlət-özəl tərəfdaşlığı çərçivəsində dəniz suyunun duzsuzlaşdırılması yolu ilə içməli su istehsalı pilot layihəsinin həyata keçirilməsi ilə bağlı işlər də davam etdirilir.
Qeyd edək ki, “Financial Times”ın “FDI Intelligence” nəşrinin investisiya qoyuluşu üzrə reytinq cədvəlində ilk yeri Almaniyanın Manheyim şəhəri, ikinci pillədə isə Rumıniyanın Krayova şəhəri yer alıb. Hesabatda 2023-cü ildə dünya üzrə şirkətlər tərəfindən 1,33 trilyon dollar dəyərində birbaşa xarici investisiyaların qoyulması barədə razılığa gəlindiyi, bu da əvvəlki illə müqayisədə 4 faiz çox olduğu bildirilib.
Qeyd edək ki, Böyük Britaniyanın məşhur “Financial Times” nəşrinə məxsus “FDI Intelligence” iqtisadiyyatın bir çox sektorları üzrə qlobal və regional bazarların, həmçinin korporativ investisiya mühitinin dərin təhlili üzrə ixtisaslaşıb. Nəşrin “FDI 100” metodologiyası birbaşa xarici investisiyaların cəlbi baxımından sürətlə inkişaf edən 100 regionun öyrənilməsinə əsaslanıb.
Yuxarıda qeyd edilənlərdən göründüyü kimi, ölkəmizdə yaradılan əlverişli biznes və investisiya mühiti bir çox xarici investorları ölkəmizə cəlb edir, iqtisadiyyatın bir çox sahələrində önəmli layihələr icra olunur, yeni iş yerləri yaradılır. Son bir neçə ildir ki, ölkəmizdə milli iqtisadiyyatın investisiya cəlbediciliyi baxımından uğurlu islahatlar həyata keçirilir. Dünyanın aparıcı təşkilatlarının hesabatlarında iqtisadiyyatımızın sürətlə inkişaf etdiyi, iqtisadi göstəricilərə görə lider ölkələr sırasına çıxdığı göstərilir. Azərbaycanın yüksək investisiya cəlbediciliyinə malik olması, təbii ki, aparılan islahatlarla bağlıdır.
Azərbaycanda investisiya cəlbediciliyinin güclənməsində 1995-ci il yanvarın 13-də qəbul edilən “İnvestisiya fəaliyyəti haqqında” Qanun mühüm önəm daşıyır. Bu sənəd investisiyaların iqtisadiyyata cəlbini stimullaşdırmaqla bərabər, mülkiyyət formasından asılı olmayaraq bütün investorların hüquqlarının bərabər müdafiəsinə təminat verir. “Xarici investisiyaların qorunması haqqında” Qanun da sərmayədarların hüquq və mənafelərinin qorunmasını, yerli və xarici iş adamlarına bərabər əlverişli iş şəraitinin yaradılmasını şərtləndirir.
Bu və digər tədbirlərin nəticəsində son 20 ildə Azərbaycan iqtisadiyyatına 310 milyard ABŞ dollarından çox xarici investisiya yatırılıb. Belə bir göstərici isə ölkəmizdə mövcud olan davamlı makroiqtisadi və maliyyə sabitliyi nəticəsində əldə edilən daxili və xarici investisiya fəallığını şərtləndirib. Sağlam və şəffaf biznes mühitinin yaradılması ölkəyə yüksək texnologiya və bilik gətirən birbaşa xarici investisiyaların axınını stimullaşdırıb. Azərbaycanın beynəlxalq müstəvidə ikitərəfli əməkdaşlıq çərçivəsində 30-dək ölkə ilə sərmayələrin təşviqi və qarşılıqlı qorunması haqqında saziş imzalaması da iqtisadiyyata yatırılan daxili və xarici investisiya həcminin artırılmasını sürətləndirib.
Vaqif BAYRAMOV XQ
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта