RU

Bakı dünyada ən çox xarici sərmayə yatırılan üçüncü açıq şəhərdir

Böyük Britaniyanın “Financial Times” qrupunun “FDI Intelligence” nəşrində 2023-cü ildə ən çox birbaşa xarici investisiyalar yatırılan şəhərlərin “TOP 100” reytinqi açıqlanıb və Bakının reytinq sıralamasında 3-cü yerdə qərarlaşdığı bildirilib. İqtisadiyyat Nazirliyindən aldığımız məlumatda bu barədə ətraflı bəhs olunub. 
Nazirlik sözügedən nəşrin dərc etdiyi məqaləyə əsaslanaraq Azər­baycana birbaşa xarici investisi­ya yatırılması ilə bağlı ötən il əldə edilmiş razılaşmaları 2017-ci ildən sonrakı dövrdə ən irihəcmli la­yihələr kimi diqqətə çatdırıb və bir neçə mühüm logistika layihələri ilə yanaşı, 2023-cü ildə Bakıya təkcə Macarıstanın “Hell Group” şirkəti tərəfindən 211 milyon dollar sər­mayə yatırılacağına dair sazişin imzalanmasını bunun bariz ifadəsi kimi dəyərləndirib. 
Qeyd edək ki, ötən il Bakıda İqti­sadiyyat naziri Mikayıl Cabbarov və Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyartonun iştirakı ilə İqtisadiyyat Nazirliyinin tabeliyin­də fəaliyyət göstərən “Azərbaycan İnvestisiya Şirkəti” ASC (AİŞ) və Macarıstanın “Hell Group” şirkəti arasında Birgə İştirak Müqaviləsi im­zalanıb. Sənəddə Ələt Azad İqtisa­di Zonasında illik istehsal gücü 700 milyon ədəd alüminium içki qutusu təşkil edəcək yeni zavodun tikintisi nəzərdə tutulub. İstehsal olunacaq məhsulların daxili tələbatı ödəməklə yanaşı, Mərkəzi Asiya ölkələrinə də ixrac edilməsi qərara alınıb. Layihə­də 300-dən çox iş yerinin yaradılma­sı da planlaşdırılıb.
Ötən il Sumqayıt Kimya Sənaye Parkında Prezident İlham Əliyevin iştirakı ilə “Azərbaycan Vanhong Ceramics Co” MMC-nin keramik plitələr istehsalı müəssisəsinin açılışı olub. 100 faiz Çin kapitallı müəssisəyə 50 milyon dollar məbləğin­də investisiya yatırılıb və 500-ə yaxın yeni iş yeri yaradılıb.
Azərbaycana böyük həcmdə investisiya­nın yatırılacağı daha bir layihə ilə təsdiqlənib: Sumqayıt Kimya Sәnaye Parkında Çinin “BYD Company Limited” şirkәti ilәәmәkdaşlıq çәrçi­vәsindәelektrik mühәrrikli avtobusların istehsalı planlaşdırılıb. AİŞ-in payçı kimi iştirak edәcәyi həmin layihәdәÇinin adıçəkilən şirkәti tәrәfindәn ilkin olaraq 34 milyon dollar, sonrakı mərhələdə isə 60 milyon dollar mәblәğindәinvestisiyanın yatırılması nəzərdə tutulub. 
Sözügedən layihə çərçivəsində 800 yeni iş yeri yaradılacaq. İstehsalın 3-cü ilindәn isə elektrik mühәrrikli avtobusların ehtiyat hissәlәri lokallaşdırılacaq. 
Həmçinin AİŞ və Türkiyənin “Gen İlaç ve Sağlık Ürünleri Sanayi ve Ticaret A.Ş” şirkəti ara­sında imzalanan Birgə İştirak Müqaviləsinə uy­ğun olaraq, keçən il Pirallahı Sənaye Parkında “Gen Pharma Caucasus Manufacturing Operati­ons” MMC-nin investisiya dəyəri 35 milyon dollar olan dərman vasitələrinin istehsalı müəssisəsinin təməli qoyulub. 
Bundan başqa, hazırda İsrailin “BioPhar­max” şirkəti ilə Ələt Azad İqtisadi Zonasında la­yihə dəyəri 45 milyon avro olan əczaçılıq müəs­sisənin tikintisi həyata keçirilir.
Sahibkarlara önəmli güzəştlər və stimullar təqdim edən Ələt Azad İqtisadi Zonasında sə­naye avadanlıqlarının, tikinti materiallarının is­tehsalı, aviasiya, gəmiçilik, neft-kimya və digər istiqamətlər üzrə layihələrin icrası da nəzərdə tutulur. Həmçinin AİŞ və Türkiyənin “Demirören” şirkətlərinin birgə fəaliyyəti ilə regionlarımızda ki­çik su elektrik stansiyalarının bərpası və istisma­rı layihəsi üzrə 15 milyon dollar, İsrail şirkəti ilə damazlıq yumurta istehsalı layihəsi üzrə 20 mil­yon manat investisiya yatırılması planlaşdırılır. Bunlarla yanaşı, İqtisadiyyat Nazirliyi tərəfindən dövlət-özəl tərəfdaşlığı çərçivəsində dəniz suyu­nun duzsuzlaşdırılması yolu ilə içməli su istehsalı pilot layihəsinin həyata keçirilməsi ilə bağlı işlər də davam etdirilir.
Qeyd edək ki, “Financial Times”ın “FDI Intelli­gence” nəşrinin investisiya qoyuluşu üzrə reytinq cədvəlində ilk yeri Almaniyanın Manheyim şəhə­ri, ikinci pillədə isə Rumıniyanın Krayova şəhə­ri yer alıb. Hesabatda 2023-cü ildə dünya üzrə şirkətlər tərəfindən 1,33 trilyon dollar dəyərində birbaşa xarici investisiyaların qoyulması barədə razılığa gəlindiyi, bu da əvvəlki illə müqayisədə 4 faiz çox olduğu bildirilib. 
Qeyd edək ki, Böyük Britaniyanın məşhur “Financial Times” nəşrinə məxsus “FDI Intelli­gence” iqtisadiyyatın bir çox sektorları üzrə qlo­bal və regional bazarların, həmçinin korporativ investisiya mühitinin dərin təhlili üzrə ixtisaslaşıb. Nəşrin “FDI 100” metodologiyası birbaşa xarici investisiyaların cəlbi baxımından sürətlə inkişaf edən 100 regionun öyrənilməsinə əsaslanıb. 
Yuxarıda qeyd edilənlərdən göründüyü kimi, ölkəmizdə yaradılan əlverişli biznes və investisi­ya mühiti bir çox xarici investorları ölkəmizə cəlb edir, iqtisadiyyatın bir çox sahələrində önəmli la­yihələr icra olunur, yeni iş yerləri yaradılır. Son bir neçə ildir ki, ölkəmizdə milli iqtisadiyyatın inves­tisiya cəlbediciliyi baxımından uğurlu islahatlar həyata keçirilir. Dünyanın aparıcı təşkilatlarının hesabatlarında iqtisadiyyatımızın sürətlə inkişaf etdiyi, iqtisadi göstəricilərə görə lider ölkələr sı­rasına çıxdığı göstərilir. Azərbaycanın yüksək investisiya cəlbediciliyinə malik olması, təbii ki, aparılan islahatlarla bağlıdır. 
Azərbaycanda investisiya cəlbediciliyinin güclənməsində 1995-ci il yanvarın 13-də qəbul edilən “İnvestisiya fəaliyyəti haqqında” Qanun mühüm önəm daşıyır. Bu sənəd investisiyaların iqtisadiyyata cəlbini stimullaşdırmaqla bərabər, mülkiyyət formasından asılı olmayaraq bütün investorların hüquqlarının bərabər müdafiəsinə təminat verir. “Xarici investisiyaların qorunma­sı haqqında” Qanun da sərmayədarların hüquq və mənafelərinin qorunmasını, yerli və xarici iş adamlarına bərabər əlverişli iş şəraitinin yaradıl­masını şərtləndirir. 
Bu və digər tədbirlərin nəticəsində son 20 ildə Azərbaycan iqtisadiyyatına 310 milyard ABŞ dollarından çox xarici investisiya yatırılıb. Belə bir göstərici isə ölkəmizdə mövcud olan davam­lı makroiqtisadi və maliyyə sabitliyi nəticəsində əldə edilən daxili və xarici investisiya fəallığını şərtləndirib. Sağlam və şəffaf biznes mühitinin yaradılması ölkəyə yüksək texnologiya və bilik gətirən birbaşa xarici investisiyaların axınını sti­mullaşdırıb. Azərbaycanın beynəlxalq müstəvidə ikitərəfli əməkdaşlıq çərçivəsində 30-dək ölkə ilə sərmayələrin təşviqi və qarşılıqlı qorunması haqqında saziş imzalaması da iqtisadiyyata ya­tırılan daxili və xarici investisiya həcminin artırıl­masını sürətləndirib.
Vaqif BAYRAMOV XQ

Избранный
395
xalqqazeti.az

1Источники