RU

“Heydər Əliyev fenomeni və milli mədəniyyətimiz” mövzusunda tədbir keçirilib - ŞƏRH

Yeni Azərbaycan Partiyası Laçın rayon təşkilatı Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101 - ci ildönümü ilə bağlı tədbirlər planına uyğun olaraq Şərqi Zəngəzur Mədəniyyət İdarəsinin Laçın rayon mədəniyyət müəssisələrinin iştirakı ilə “Heydər Əliyev fenomeni və milli mədəniyyətimiz.” mövzusunda tədbir keçirib. Tədbirdə YAP Laçın rayon təşkilatının sədri İlqar İlyasov, Şərqi Zəngəzur Regional Mədəniyyət İdarəsinin məsul əməkdaşı, Ərazi Partiya təşkiat sədrləri, Şəhid ailə üzvüləri,müharibə iştirakçıları, Agsaqqallar, Gənclər, YAP fəalları, Laçın rayonu üzrə mədəniyyət müəssisələrində çalışan işçilər və ictimayyət nümayəndələri iştirak etmişdir. Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.Sonra “Heydər Əliyev Azərbaycan mədəniyyətinin hamisidir”-qısametrajlı filmi nümayiş etdirilib. YAP Laçın rayon təşkilatının sədri İlqar İlyasov giriş sözü ilə çıxış edərək bildirdi ki, Heydər Əliyev öz xalqını zamanın mürəkkəb tarixi-siyasi sınaqlarından uğurla çıxarmış və ardıcıl mübarizə apararaq onu müstəqilliyə qovuşdurmuş qüdrətli şəxsiyyətdir. Azərbaycan xalqı yeni əsrə və yeni minilliyə məhz Heydər Əliyev zəkasının işığında qədəm qoymuşdur. Davamlı yüksəliş yolunda inamla irəliləyən müasir Azərbaycan Heydər Əliyevin həyat amalının təntənəsidir. Azərbaycana rəhbərliyinin birinci dövründə Heydər Əliyev özünün qeyri-adi idarəçilik bacarığı, polad iradəsi və yüksək vətənpərvərliyi sayəsində, uzaqgörən və məqsədyönlü qərarları ilə çox qısa müddətdə respublikamızda sosial-iqtisadi, elmi-texniki və mədəni sahələrin inkişafında böyük sıçrayışa nail olmuşdur. Tariximizin gedişatının və həyatımızın ahənginin köklü surətdə dəyişdiyi, azadlıq və müstəqillik duyğularının milli düşüncəmizdə üstünlük təşkil etməyə başladığı bu illər Azərbaycanın quruculuq salnaməsinin ən parlaq səhifələridir. Ulu Öndərin xalqın yaradıcılıq enerjisini bir məqsədə yönəltməklə tarixi yaddaşın bərpası istiqamətindә atdığı qətiyyətli addımlar o dövrdə milli ruhun canlanmasına xidmət göstərmiş, özünüdərki və soy-kökə qaytardı. Azərbaycan xalqı yeni əsrə və yeni minilliyə məhz Heydər Əliyev zəkasının işığında qədəm qoymuşdur. İlqar İlyasov qeyd edib ki, mədəniyyət və incəsənət xadimlərinin yaradıcı axtarışlarına mənəvi dayaq olmaq ümummilli liderimiz Heydər Əliyevin həyat tərzinə çevrilmişdir. Bəstəkar, yazıçı, şair, aktyor, müğənni, rəssam əməyinə verdiyi yüksək qiymət sahəsində ölkəmizin yüzlərlə sənətçisi xalq artisti, xalq rəssamı, xalq şairi, xalq yazıçısı, əməkdar incəsənət xadimi, əməkdar artist, əməkdar rəssam, əməkdar mədəniyyət işçisi kimi müxtəlif fəxri adlara layiq görülmüşdür. Müasir dünyada Azərbaycanın layiqli yer tutmasında, sivilizasiya marafonunda inamla addımlamasında böyük rolu olan ulu öndər, müstəqil Azərbaycanımızın memarı, təkrarolunmaz şəxsiyyət Heydər Əliyevin layiqli davamçısı möhtərəm prezident İlham Əliyev ölkəmizin ictimai-siyasi, mədəni həyatında baş verən köklü dəyişikliklərin, böyük yüksəlişin müəllifi olmuşdur. Müasir dövrdə sənətkarlar diyarı olan Azərbaycanımıza sənəti yüksək qiymətləndirməyi bacaran İlham Əliyevin başçılıq etməsi, həm də mədəniyyətimizin uğuru, xoşbəxtliyidir. Möhtərəm prezidentimiz xalqın milli xüsusiyyətlərinin qorunub saxlanılmasında ədəbiyyatın, mədəniyyətin böyük rolu olduğunu xüsusi vurğulayaraq demişdir: «Azərbaycan xalqının, bizim hamımızın xüsusiyyətlərini qoruyub saxlamaq üçün əlbəttə ki, ədəbiyyatımızın, mədəniyyətimizin böyük rolu olmuşdur». Tədbirdə çıxış edən Azərbaycan Milli Elmlər Akademiyasınıın A. Bakıxanov adına Tarix və Etnalogiya İnstitutunun baş elmi işçisi,professor,əməkdar mədəniyyət işçisi Solmaz Məhərrəmova bildirdi ki, Xalqın iftixar mənbəyi olan mədəniyyətin çiçəklənməsi, zənginləşməsi və yeniləşməsi prosesi get-gedə daha böyük vüsət alır. Bu yüksəlişi gözəl diyarımızda yaşayan bütün vətənsevər insanlar duyur, görür, alqışlayır və dəstəkləyirlər.Mədəniyyətimizin elə bir sahəsi yoxdur ki, Heydər Əliyev qayğısından bəhrələnməsin. Musiqimiz də, teatrımız da, kino sənətimiz də, heykəltaraşlıq və rəssamlığımız da, xalça sənətimiz də bugünkü inkişafında ulu öndərin çox dəyərli ideyalarından bəhrələnib. Heydər Əliyev Azərbaycan mədəniyyətinin inkişafında yeni dövrün əsasını qoydu. Mədəniyyətimiz, milli-mənəvi dəyərlərimiz beynəlxalq aləmdə tanındı.Çıxış edən YAP Laçın rayon təşkilatının 4 saylı ərazi partiya təşkilatının sədr müavini Türkanə Nuriyeva vurguladı ki, Ali Baş Komandan İlham Əliyev və şanlı Azərbaycan Ordusunun 44 günlük zəfər yürüşü doğma Qarabağımızın azadlığa qovuşdurulması ilə yanaşı, tarixi, mədəni irsimizi də erməni vandallarından xilas etdi. Müzəffər Ordumuz tarix səhifələrimizi qaralamağa, silməyə, saxtalaşdırmağa, təməlini laxlatmağa çalışanlara layiqli dərs verərək yerinə otuzdurdu. Müzəffər sərkərdə İlham Əliyev bir daha həm erməni barbarlarına, həm də onların havadarları olan ölkələrə mesaj ötürdü ki, tezliklə bütün tarixi, mədəni, dini abidələrimiz bərpa olunaraq əvvəlki görkəminə qaytarılacaq. Xalqımızın min illərin o tayından adlayıb gələn tarixi kökləri qorunacaq və məkrli ermənilərin tarix səhifələrindən silməyə çalışdığı həqiqətlər olduğu kimi yenidən bərpa edilərək Azərbaycan xalqının zəngin xəzinəsi kimi gələcəyə ötürüləcək. 46 saylı ərazi partiya təşkilatının sədri Aygün Kərimova və digər Çıxış edən və digər natiqlər bildirdilər ki, Ulu öndərimiz Heydər Əliyev milli mədəniyyətimizin və incəsənətimizin bəşəri nailiyyətləri ilə həmişə fəxr etmişdir. Dəfələrlə böyük sənətkarların yubileylərində iştirak etmiş və onların böyük nailiyyətləri ilə fəxr etdiyini bildirmişdir. Böyük estetik zövqə malik olan Heydər Əliyev Azərbaycanın milli mədəniyyətini, musiqisini, mənəvi dəyərlərini çox sevirdi. Heydər Əliyev yolu həmişə nurlu və sabahlı bir yol olmuşdur. Bu yol bizləri, milli mədəniyyətimizi geniş üfüqlərə doğru aparır. Ötən illər ərzində nə qədər işlər görülmüş, nə qədər tarixi xidmətlər göstərilmiş, soykökümüz, milli mənliyimiz, milli qan yaddaşımız, bir sözlə, mənəvi dəyərlərimiz özümüzə qayıtmışdır. Bu qayıdışa, bu uğura yalnız və yalnız Heydər Əliyev zəkası, Heydər Əliyev düşüncəsi, Heydər Əliyev fenomeni səbəbkar olmuşdur. Çıxışlar bitdikdən sonra rayonun ictimai- siyasi həyatında və xidməti işində xüsusi fərqlənən bir qrup mədəniyyət işçisi YAP Laçın rayon təşkilatının “Təşəkkürnə” si ilə təltif olunub,YAP sıralarına qəbul olunan bir qrup gəncə isə partiya vəsiqələri təqdim edilib.Sonra Laçın Uşaq Musiqi Məktəbləri kollektivlərinin hazırladıqları ədəbi- bədii kompozisiya nümayiş etdirilib. Tədbir Yeni Azərbaycan Partiyasının himninin səsləndirilməsi ilə yekunlaşıb.

Избранный
365
sesqazeti.az

1Источники