RU

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Təsərrüfathesablı Əsaslı Tikinti və Təchizat İdarəsi AÇIQ TENDER ELAN EDİR

TƏKRAR
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Təsərrüfathesablı Əsaslı Tikinti və Təchizat İdarəsi
Şəmkir şəhər Ə.Cavad adına 624 şagird yerlik tam orta məktəb binasının əsaslı təmiri və əlavə 22 sinif otağının tikintisi işlərinin satın alınması üçün
AÇIQ TENDER ELAN EDİR
Açıq tender iştirakçılarına təklif olunur ki, öz təkliflərini imzalanib möhürlənmiş, ikiqat bağla­mada, yazılı surətdə təqdim etsinlər.
Təkliflərin qiymətləndirilməsində aşağıdakı meyarlara üstünlük veriləcəkdir: iddiaçıların ix­tisas göstəricilərinin uyğunluğu, aşağı qiymət, ödəniş şərtləri, müqavilənin vaxtında yerinə yeti­rilməsi və təminat verilən istismar müddəti.
Açıq tender proseduru ilə əlaqədar məlumat almaq üçün əlaqələndirici şəxsə müraciət etmək lazımdır.
Əlaqələndirici şəxs – Z.Quliyev.
Ünvan- Bakı şəhəri, Nərimanov rayonu, Y.Ba­kuvi küçəsi 18.
Tel: (+99412) 465 73 48 (134).
Maraqlananlar açıq tender prosedurunun əsas şərtlər toplusunu 1500,0 (bir min beş yüz manat) manat məbləğində iştirak haqqını aşağı­da qeyd olunan hesaba köçürdükdən sonra yuxa­rıdakı ünvandan ala bilərlər.
İştirak haqqı heç bir halda geri qaytarılmır.
Bankın adı: “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin Sənaye filialı
Kod - 805603
VÖEN - 9900001881
M/h – AZ03NABZ01350100000000002944
S.W.I.F.T. İBAZАZ 2Х
H/h - AZ88IBAZ38030019441856517211
VÖEN - 1500016711
İddiaçılar açıq tender prosedurunda iştirak üçün aşağıdakı sənədləri (müvafiq icra orqanı tərəfindən verilmiş, rəsmi blanklarda və möhürlə təsdiq olunmuş) təqdim etməlidirlər:
- tеndеrdə iştirаk еtmək üçün yazılı mürаciət;
- tеndеrdə iştirаk hаqqının ödənilməsi bаrədə bаnk sənədi; 
- vergilərə və digər icbari ödənişlərə aid yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin, habelə son bir il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) vergi ödəyicisinin Azərbay­can Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi halla­rının mövcud olmaması barədə sənəd (uçotda olduğu vergi orqanından alınmalıdır. Əgər sənəd elektron formada alınıbsa notarial təsdiq edilməsi mütləqdir.) Müvafiq orqandan tələb olunan sənə­din cari ayı əhatə etməsi mütləqdir (2023-cü il oktyabrın 1-dən sonra alınmış arayış qəbul edilə­cəkdir); 
- iddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;
- iddiaçının mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinə aid olması ilə bağlı məlumat (Azər­baycan Respublikası Dövlət Statistika Komitəsi­nin arayışı. Əgər sənəd elektron formada alınıb­sa, notarial təsdiq edilməsi mütləqdir); 
- iddiaçının son bir ildəki (əgər daha az müd­dət fəaliyyət göstərirsə bütün fəaliyyəti dövrü) maliyyə vəziyyəti barədə bank tərəfindən verilmiş arayış (2023-cü il oktyabrın 1-dən sonra alınmış arayış təqdim edilməlidir),( notarial təsdiq edilmə­si mütləqdir.)
- iddiaçının ilkin qeydiyyat sənədlərinin mü­vafiq qaydada təsdiq edilmiş surətləri (iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsinin qeydiy­yatdan keçdiyi ölkə və əsas fəaliyyət yeri göstəril­məklə), ünvan və bank rekvizitləri;
- iddiaçının tikinti işlərinin həyata keçirilməsi üçün müvafiq lisenziyaya və ya icazəyə malik ol­ması;( notarial təsdiq edilməsi mütləqdir.)
- tender təklifini və satınalma müqaviləsini imzalamaq salahiyyətinə malik olan şəxsin sə­lahiyyətlərini təsdiq edən sənəd (vəzifəyə təyin edilməsi barədə əmrin təsdiq olunmuş surəti və ya müvafiq səlahiyyətin verilməsi barədə etibar­namə); 
- iddiaçının müflis elan olunmaması, əmlakı üzərinə həbs qoyulmaması, ödənişə yönəlmiş girovun olmaması, məhkəmənin qərarı ilə kom­mersiya fəaliyyəti dayandırılmış şəxs olmaması barədə məlumat (vergi oqranı, probasiya şöbəsi və ya müvafiq kommerisya məhkəməsi tərəfin­dən təqdim olunmuş arayış) (2023-cü il oktyabrın 1-dən sonra alınmış arayış təqdim edilməlidir);
- kənar audit tərəfindən tərtib olunmuş son bir ildəki audit hesabatları (əgər varsa); 
- iddiaçının satınalma prosedurlarının başlan­masından əvvəlki 5 il ərzində özlərinin, habelə işlərini idarə edənlərin, qulluqçularının peşəkar fəaliyyətləri, yaxud satınalma müqaviləsinin bağ­lanması üçün ixtisas göstəricilərini yanlış göstər­mələri ilə əlaqədar cinayətə görə məhkum olun­maması, yaxud onların müvafiq peşə fəaliyyətləri ilə məşğul olmasının məhkəmə qaydasında qa­dağan edilməməsini təsdiq edən sənədlər (Daxili İşlər Nazirliyindən və ya “ASAN xidmət” mərkəz­lərindən 2023-cü il oktyabrın 1-dən sonra alınmış arayış qəbul ediləcəkdir);
- tenderin əsas şərtlər toplusunda göstərilən bütün digər sənədlər, tenderdə xarici şirkətlər işti­rak etdikdə onların Azərbaycan nümayəndəliyinin olmasını təsdiq edən sənədlər;
- iddiaçının müvafiq sahədə peşəkarlığı, təc­rübəsi, maliyyə imkanları, işçi qüvvəsi, idarəetmə səriştəsi barədə təsdiqedici sənədlər (ƏŞT-nin ƏLAVƏ 1-nə uyğun);
- iddiaçı inşa etdiyi analoji tikililər barədə "Tikinti obyektinin istismarına icazə" sənədinin surətini və ya inşasını davam etdirdiyi analoji iş­lər üzrə bağlanmış müqavilənin təsdiq olunmuş surətini təqdim etməlidir (baş podratçı kimi ana­loji işlərə dair son 2 ildə bağlanmış müqavilələrin surətləri (ƏŞT-nin ƏLAVƏ 1-nə uyğun);
- oxşar işlər üzrə iş təcrübəsini təsdiq etmək üçün belə işlərin həyata keçirildiyi müəssisə və təşkilatdan tövsiyə məktubları;
- iddiaçının maddi - texniki bazası (sifarişin yerinə yetirilməsi imkanı) haqqında məlumat (ƏŞT-nin ƏLAVƏ 1-nə uyğun);
- sənədlər Azərbaycan dilində tərtib olunma­lıdır (xarici dildəki tender sənədləri Azərbaycan dilində tərcümə edilməlidir).
- iddiaçının tender təklifi (tender təklifinin qüv­vədə olma müddəti zərflərin açıldığı gündən son­ra azı 30 (otuz) bank günü);
- tender təklifi dəyərinin 1 faizi həcmində bank təminatı (təminatın qüvvədə olma müddəti tender təklifinin qüvvədə olma müddətindən 30 bank günü çox olmalıdır).
Tender proseduru “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununa uyğun keçiriləcəkdir. İddiaçılar tenderdə iştirak üçün yuxarıda qeyd olunan sənədləri 13 noyabr 2023-cü il saat 11.00-a, tender təklifi və tender təklifinin bank təminatını isə 21 noyabr 2023-cü il saat 11.00-a qədər yuxarıda göstərilən ünvana təqdim etməlidirlər. 
İddiaçıların təklifləri 22 noyabr 2023-cü il saat 11.00-a Elm və Təhsil Nazirliyinin Təsrüffathe­sablı Əsaslı Tikinti və Təchizat İdarəsinin iclas zalında açılacaqdır.
İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.
Tender komissiyası

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
208
5
xalqqazeti.az

6Источники