RU

Vaqifin işgəncə verdiyi adamın qızı danışdı

Xocalı rayonunun Meşəli kəndində soyqırım törətməkdə ittiham olunanlardan biri - Vaqif Xaçatryanın bu gün növbəti məhkəmə prosesi keçirilir.

Publika.az-ın xəbərinə görə, Bakı Hərbi Məhkəməsində baş tutan iclasda zərərçəkmiş Behbudova Bəsti çıxış edib.

Zərərçəkmiş bildirib ki, uşaq olduğunda hadisələr olduğu kimi yadında qalmayıb:

“Atam orada güllə yarası alıb. Orada olan insanlar əziyyət çəkib. Ona görə də istəmirəm bu insan yaşasın. Atam illərlə o ağrı ilə yaşadı, əgər buna yaşamaq demək mümkündürsə. Xaçatryan layiqli cəzasını almalıdır. Vaqifin adını kənd camaatından eşitmişəm, lakin atamın ağzından eşitməmişəm”.

Избранный
363
50
publika.az

10Источники