Müğənni Nəfəs maraqlı açıqlaması ilə diqqət çəkib.
Moderator.az bildirir ki, o, "YouTube"da yayımlanan "Mirinin dibçəyi" verilişində fəxri ad almaq istəyindən söz açıb. Əməkdar və Xalq artisti adını almağın çətin olduğunu deyən sənətçi bunu gözü götürməyən həmkarları ilə əlaqələndirib.
İrəli gedənlərin həmişə ayağından geri çəkildiklərini deyən Nəfəs əngəllər olduğu üçün ad almasının gec olacağını deyib.
/Milli.az/