RU

Düzgün və məqsədyönlü siyasət ŞƏRH

Sabitlik şəraitinin yaradılması, milli maraqlara təhlükələrin vaxtında aşkar edilməsi və onların qarşısının alınması hər bir dövlətin mövcudluğunun, onun müstəqilliyinin və uğurlu inkişafının əsasıdır. Azərbaycanda terrorizmə, dini ekstremizmə və milli təhlükəsizlik üçün digər təhdidlərə qarşı mübarizə sahəsində xeyli təcrübə toplanıb. Müvafiq qanunvericiliyin təkmilləşdirilməsi prosesi daim davam edir, hüququn tətbiqi sahəsində ciddi nəticələr qazanılıb. Ölkə Prezidentinin həyata keçirdiyi düzgün və məqsədyönlü siyasət Azərbaycandakı ictimai-siyasi sabitliyi, daxili və xarici təhlükəsizliyimizi layiqincə təmin edib. Azərbaycan Respublikası 1993-cü ildə daxil olduğu Müstəqil Dövlətlər Birliyi çərçivəsində iştirakçı-dövlətlərlə siyasi, iqtisadi və humanitar sahələrdə ölkəmiz üçün maraq kəsb edən məsələlər üzrə əməkdaşlığın ikitərəfli əsasda davam etdirilməsinə hər zaman üstünlük verib və bu təşkilatın iştirakçı-dövlətlər arasında dialoq müstəvisi kimi saxlanılmasında maraqlıdır. Сari ilin 11 oktyabr tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev MDB-yə üzv dövlətlərin təhlükəsizlik və xüsusi xidmət orqanları rəhbərləri Şurasının 53-cü iclasının iştirakçılarını qəbul etmişdir. İştirakçılar ilə görüşü zamanı Prezident İlham Əliyev bildirib ki, Azərbaycan MDB-nin işində iştirak etməyə həmişə böyük əhəmiyyət verib.Dövlətimizin başçısı keçmiş Qarabağ münaqişəsinin tarixini, bu torpaqların əsl sakinlərinin kim olduğunu, Ermənistanın işğal siyasətinin mahiyyətini və onun acı nəticələrini, həmçinin yeni reallıqları qonaqların diqqətinə çatdırdı. Daha sonra ölkə başçısı qeyd etmişdir ki, son həftələrdə baş verən hadisələrin mətbuatda, ilk növbədə, Qərb mediasında müxtəlif cür birtərəfli, qərəzli və nə məsələnin tarixini, nə də bugünkü reallıqları tamamilə əks etdirmədən təqdim olunur. Bu baxımdan, son üç ildə baş verən hadisələrin əsl mahiyyəti ilə bağlı toplantı iştirakçılarını məlumatlandırmaq məqsədilə tarixə qısa ekskursiya edən ölkə başçımız, Qarabağın tarixi, Ermənistanın etnik təmizləmə siyasəti, azərbaycanlıların öz doğma torpaqlarından qovulması və nəhayət, 2020-ci ilin sentyabrında 44 gün davam edən, Ermənistan ordusunun tamamilə darmadağın olması və Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi ilə nəticələnən İkinci Qarabağ müharibəsi, Üçtərəfli Bəyanat, 19 sentyabr tarixli antiterror tədbirlərinin səbəbi, Qarabağın erməni əhalisinin reinteqrasiya planı, Fransanın qeyri-konstruktiv və təxribatçı rolu barədə fikirlərini bölüşüb. Azərbaycan istər işğal zamanı, istər İkinci Qarabağ müharibəsi zamanı, istərsə də antiterror tədbirləri zamanı bütün humanitar normalara əməl edib. Prezident İlham Əliyev 19 sentyabr tarixli antiterror tədbirlərinin səbəblərinə toxunaraq bildirdi ki, sentyabrın 9-da qondarma “Dağlıq Qarabağ”ın qondarma hakimiyyət orqanları “seçki” keçirdilər, özlərinə yeni başçı seçdilər, bu isə mövcud reallıqların tam şəkildə inkar edilməsi demək idi və sentyabrın 19-da Azərbaycana antiterror tədbirləri keçirmək və öz suverenliyini tam şəkildə bərpa etmək üçün başqa seçim yolu qoymadı.Bir sutkadan da az davam edən antiterror tədbirləri nəticəsində Ermənistanın Qarabağdakı ordusu tamamilə tərksilah edildi, 10-15 min nəfərlik kontingent silahsızlaşdırıldı və ərazimizin üzərində tam nəzarət bərpa olundu. İndi bəzi ölkələr və beynəlxalq təşkilatlar Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşdırılmasında vasitəçilik xidmətləri göstərməyə çalışır.Azərbaycan artıq regionda yeni geostrateji və geosiyasi reallıq yaradıb. Bu reallıqlar hüquqa,haqq-ədalətə tam uyğun həyata keçirilib. Biz öz ərazi bütövlüyümüzü haqlı olaraq təmin edib, tarixi ədalətə nail olmuşuq. Bütün bu prseslərin fonunda Ermənistanın üzərinə məsuliyyət düşür. Ermənistan öz öhdəliklərini icra etməli, üçtərəfli bəyanatın tələblərini yerinə yetirməli və sülh müqaviləsini imzalamalıdır.Ayaz CəbrayılovYeni Azərbaycan Partiyası Kürdəmir rayon təşkilatının sədri

Избранный
301
sesqazeti.az

1Источники