RU

Bakıda məşhur bazar SÖKÜLƏCƏK – RƏSMİ

Bakı şəhərinin perspektiv inkişafı nəzərə alınmaqla Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Həsən Əliyev küçəsindən Ziya Bünyadov prospektinə paralel olaraq “Koroğlu” metro stansiyasına qədər yeni avtomobil yolunun tikintisinə start verilir.


AAYDA-dan  verilən xəbərə görə, layihənin xüsusi dövlət əhəmiyyəti nəzərə alınmaqla Heydər Əliyev prospektində və Ziya Bünyadov prospektində nəqliyyat vasitələrinin sıxlığının azaldılması və hərəkətin təhlükəsizliyinin təmin edilməsi nəzərdə tutulur.

Sözügedən layihə çərçivəsində yol hərəkətinin təşkilinin texniki xarakteristikalarının qısa analizinin nəticələri nəzərə alınaraq, ərazidə nəqliyyat problemlərinin əsaslı həlli, əsas nəqliyyat yollarının birbaşa əlaqələndirilməsi, mühüm nəqliyyat funksiyasını yerinə yetirən yollar üzrə optimal birləşmənin təmin edilməsi və alternativ marşrutların yaradılması, habelə ərazidəki nəqliyyat yollarının məntiqi birləşməsinin təmin edilməsi, ərazinin küçə-yol şəbəkəsinin nəqliyyat planlaşdırma sxeminin tamamlanması məqsədilə layihənin icra edilməsi mütləq olaraq məqsədəuyğun hesab edilir.

Belə ki, layihənin keçəcəyi ərazi Nərimanov rayonundakı “Keşlə bazarı” ilə kəsişmədə yerləşir. Belə olan halda sözügedən bazarın sökülmə ehtimalları da artıb. Layihəyə əsasən, Bakıda metronun “Koroğlu” metrostansiyası ilə Həsən Əliyev küçəsini birləşdirən yolun salınması ilə əlaqədar paytaxtın Nərimanov rayonunda yerləşən “Keşlə bazarı”nın sökülməsi gözlənilir. Məlumat hələ təsdiqini tapmasa da, bazarın sökülmə ehitmalının olduqca böyük olduğunu vurğulamaq istərdik.

“Keşlə Bazarı”nın söküləcəyi ilə bağlı məlumatlar yeni deyil. Belə ki, paytaxtın bu məşhur bazarının sökülməsi ilə bağlı xəbər hələ 2015-ci ildə elə məhz sözügedən yolun çəkilməsi ilə bağlı məlumat verildikdən sonra aktuallaşmışdı. Lakin sözügedən yolun tikintisi həmin il təxirə salındı və keçdiyimiz günlərə qədər də bir xəbər yox idi. Lakin AAYDA metronun “Koroğlu” stansiyası ilə Həsən Əliyev küçəsini birləşdirən yolun salınması ilə bağlı qərarı açıqlandıqdan sonra yenidən bu məsələ gündəmə gəlidi.

“Keşlə bazarı”nın sökülməsinin artıq plana salınacağı gözlənilir və buna səbəb yolun bazarın ərazisindən keçəcək hissəsinin olmasıdır.

Избранный
329
38
oxu24.com

10Источники