RU

Dələduzluq edən Bakı sakini saxlanılıb – FOTO

Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları dələduzluq edən paytaxt sakini Sədulla Seyfullayevi saxlayıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan Doğru.az-a verilən məlumata görə, onun zərərçəkmişə həbsdə olan qohumunun azad olunmasına kömək edəcəyi ilə bağlı yalan vədlər verərək 28000 manat pulunu dələduzluq yolu ilə ələ keçirdiyi müəyyən olunub.

Faktla bağlı Şirvan Şəhər Polis Şöbəsinin cinayət işi başlanılıb, S.Seyfullayev barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Onun qanunsuz əməllərindən zərər çəkən başqa vətəndaşlar varsa polisə məlumat verə bilərlər.

DOĞRU.AZ

image-17151414695230134785_1200x630

Избранный
192
28
dogru.az

10Источники