RU

UEFA Avropa Konfrans Liqasında ilk finalçı müəyyənləşir

Bu gün UEFA Avropa Konfrans Liqasında ilk finalçı müəyyənləşəcək.

Yarımfinal mərhələsinin cavab matçında İtaliyanın "Fiorentina" klubu Belçikada "Brügge"nin qonağı olacaq.

Qarşılaşma Bakı vaxtı ilə saat 20:45-də start götürəcək. İlk görüşdə Florensiya təmsilçisi qələbə qazanıb - 3:2.

Bu raundun digər cavab matçı mayın 9-da olacaq. "Olimpiakos" Yunanıstanda İngiltərənin "Aston Villa" komandasını qəbul edəcək. Afina klubu səfərdə rəqibinə qalib gəlib - 4:2.

Избранный
289
22
cbcsport.az

10Источники