RU

Qazaxda Ümummilli Liderə həsr olunmuş tədbirlər davam edir FOTOLAR

07 may 2024-cü il tarixdə Qazax Heydər Əliyev Mərkəzində Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş “Tarix yazan tarixi şəxsiyyət” mövzusunda tədbir keçirildi.Tədbir iştirakçıları Dahi Rəhbər Heydər Əliyevin abidəsi önünə tər çiçək dəstələri düzərək onun əziz xatirəsinə bir daha hörmət və ehtiramlarını bildirdilər. Sonra iştirakçılar Heydər Əliyev Mərkəzində Ümummilli Liderin şərəfli və mənalı ömür yolunu əks etdirən sərgi və fotostendlə tanış oldular.Tədbirdə Heydər Əliyevin və Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olundu.Sonra Ulu Öndər Heydər Əliyevin həyat və yaradıcılığına əks etdirən videoçarx nümayiş etdirildi. Tədbirdə çıxış edənlər YAP Qazax Rayon Təşkilatının sədri Anar Nəbiyev, Qazax-Tovuz Regional Gənclər və İdman İdarəsinin rəis müavini Elçin Cəfərov, Qazax Rayon İcra Hakimiyyəti başçısının müavini Gülayə Həsənova, Qazax Rayon Heydər Əliyev Mərkəzinin direktoru Ceyhunə Hüseynova, Qazax Dövlət Sosial-İqtisadi Kollecinin Monitorinq və Qiymətləndirmə şöbəsinin müdiri, Tələbə Gənclər Təşkilatının sədri Elvira Əfəndiyeva, Qazax Dövlət Sosial - İqtisadi Kollecinin Tarix Fənn Birləşmə Komissiyasının sədri Mətanət Kazımova, BDU Qazax filialının tələbəsi Könül Butayeva bildirdilər ki, Heydər Əliyev öz xalqını zamanın mürəkkəb tarixi-siyasi sınaqlarından uğurla çıxarmış və ardıcıl mübarizə apararaq onu müstəqilliyə qovuşdurmuş Qüdrətli Şəxsiyyətdir. Azərbaycan xalqı yeni əsrə və yeni minilliyə məhz Heydər Əliyev zəkasının işığında qədəm qoymuşdur. Davamlı yüksəliş yolunda inamla irəliləyən müasir Azərbaycan Heydər Əliyevin həyat amalının təntənəsidir.Azərbaycana rəhbərliyinin birinci dövründə Heydər Əliyev özünün qeyri-adi idarəçilik bacarığı, polad iradəsi və yüksək vətənpərvərliyi sayəsində, uzaqgörən və məqsədyönlü qərarları ilə çox qısa müddətdə respublikamızda sosial-iqtisadi, elmi-texniki və mədəni sahələrin inkişafında böyük sıçrayışa nail olmuşdur. Tariximizin gedişatının və həyatımızın ahənginin köklü surətdə dəyişdiyi, azadlıq və müstəqillik duyğularının milli düşüncəmizdə üstünlük təşkil etməyə başladığı bu illər Azərbaycanın quruculuq salnaməsinin ən parlaq səhifələridir. Ulu Öndərin xalqın yaradıcılıq enerjisini bir məqsədə yönəltməklə tarixi yaddaşın bərpası istiqamətindә atdığı qətiyyətli addımlar o dövrdə milli ruhun canlanmasına xidmət göstərmiş, özünüdərki və soy-kökə qayıdışı təmin etmiş, müstəqil dövlət quruculuğuna aparan yolun təməl daşına çevrilmişdir.Böyük siyasi iradəyə, sarsılmaz əqidəyə malik olan Ümummilli Lider Heydər Əliyev SSRİ rəhbərliyində çalışdığı zaman da bütün varlığı ilə sevdiyi və canından əziz bildiyi doğma xalqının mənafelərini daim önə çəkmiş və respublikamızın inkişafı üçün malik olduğu bütün imkanlardan istifadə etmişdir.Dövlətçilik salnaməmizdə silinməz izlər qoymuş, azərbaycanlı olması ilə ömür boyu fəxr etmiş, milli qürur və iftixar mənbəyimiz olan Heydər Əliyev bütün dünyada Azərbaycanın rəmzi kimi qəbul edilir. Xalqımız onun əziz xatirəsini həmişə uca tutur və minnətdarlıqla anır. Müstəqil Azərbaycan Ulu Öndərin indiki və gələcək nəsillərə əmanəti, onun zəngin və çoxşaxəli irsi isə xalqımızın milli sərvətidir. Bu müqəddəs mirası qoruyub saxlamaq hər bir azərbaycanlının, hər bir gəncin şərəfli vəzifəsidir.

Избранный
433
sesqazeti.az

1Источники