RU

“Bolt” qiymətləri qaldırdı – RƏSMİ

“Bolt” taksi şirkəti sifarişlərin qiymətini 10% qaldırıb.

Doğru.az oxu.az-a istinadən xəbər verir ki, bununla bağlı məlumat sosial şəbəkədə yayılıb.

Məsələ ilə bağlı “Bolt” taksi şirkətinin səlahiyyətli nümayəndəsi qiymətin qalxması faktını təsdiqləyib.

Onun sözlərinə görə, qiymət 10% yox, 9% artırılıb.

Açıqlamada qeyd olunur ki, qəbul olunan yeni qərara əsasən, istehsal tarixi 15 ildən artıq olan nəqliyyat vasitələrinin taksi minik avtomobilləri ilə sərnişindaşımalarında istismarı qadağandır. Bu səbəblə ili daha köhnə olan nəqliyyat vasitələrinə sistem üzərindən sifarişlərin verilməsi mərhələli şəkildə dayandırılır.

“Qeyd olunan proses davam edəcək. Əlavə olaraq bildirək ki, sistemdə sifarişlər “tələb-təklif” prinsipi əsasında formalaşır.

İstehsal tarixi 15 ilə qədər olan nəqliyyat vasitələrinin sahibləri Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) müraciət edərək buraxılış kartı alsınlar. Mövcud tələblə bağlı qərar hazırda qüvvədədir. 1 iyul 2024-cü ildən etibarən isə yalnız istehsal tarixi səkkiz ilə qədər olan nəqliyyat vasitələrinə buraxılış kartı veriləcək”, – deyə açıqlamada qeyd olunur.

DOĞRU.AZ

Избранный
245
29
dogru.az

10Источники