Türkiyənin BOTAŞ şirkəti ilə ABŞ-ın “Ekson Mobil” şirkəti arasında mayeləşdirilmiş qazın (LNG) uzunmüddətli satışına dair müqavilə imzalanıb.BUTA.TV xəbər verir ki, bununla bağlı Türkiyənin enerji və təbii sərvətlər naziri Alparslan Bayraqdar özünün X səhifəsində məlumat yayıb. Xarici mətbuatda yayılan məlumata görə, bu sazişlə Türkiyənin ABŞ-dan illik 1,1 milyard dollarlıq LNG alacağı bildirilib.