Bakı. Trend:
16 yaşadək futbolçular arasında Azərbaycan çempionatının “Kəpəz”– “Qəbələ” matçında baş verənlərə hüquqi qiymət verilib.
Trend İdman.biz-əistinadən xəbər verir ki, bunu AFFA-nın mətbuat xidmətiaçıqlayıb.
Qurumun İntizam Komitəsi Gəncədəki matçda yaşananlarıaraşdıraraq müvafiq qərarlar verib.
“Kəpəz”in futbolçusu Yəhya Muradov 78-ci dəqiqədə rəqibi təhqiretdiyinə görə qırmızı vərəqə aldığı üçün 3 oyun cəzalanıb. Onunkomanda yoldaşı Tunar Əfəndiyev 90-cı dəqiqədə hakimi təhqiretdiyinə görə qırmızı vərəqə aldığından 4 matçlıq diskvalifikasiyaedilib.
Qarşılaşma bitdikdən sonra Gəncə klubunun futbolçuları CavanşirƏliyev və Rahib Qurbanov rəqiblərini vurduqlarına görə hər ikisi 6oyun cəzalanıb. Bu cəza bütün liqalara şamil edilir.
“Kəpəz”in 2 azarkeşi meydana daxil olaraq rəqib komandanınfutbolçularını vurduğuna görə, uşaq və gənclər liqalarında pulcəzası olmasa da, müstəsna hal olaraq klub 500 manat cərimələnib.Gəncə təmsilçisi növbəti 10 ev oyunu azarkeşsiz keçirəcək.