RU

Azərbaycanda fərdi uğurlara imza atmış xanımlarla bağlı podkastlar hazırlanır


Bu layihə çərçivəsində müxtəlif sahələrdə öz fərdi bacarıqları sayəsində karyera qurmuş, ictimai nüfuz qazanmış xanımlarla bağlı "Alfa söhbətləri” adı altında podkastlar hazırlanır.  

Podkastlarda xanımlar özləri haqqında indiyə qədər ictimaiyyətə bəlli olmayan tərəflərindən danışır, öz uğur hekayələrini bölüşür, müxtəlif hadisələrlə bağlı fikirlərini ifadə edirlər. 

Qeyd edək ki, həmin podkastlar müvafiq olaraq Youtube, Telegram, Facebook sosial platformalarında yayımlanacaq.    
      
"Uğur qazanmış qadınlarla bağlı podkastların hazırlanması” layihəsi müxtəlif sahələrdə öz fərdi bacarıqları sayəsində karyera qurmağa nail olmuş şəxslərin, vəzifə sahiblərinin uğur hekayələrinin təqdimatı yolu ilə qadınların təhsil pillələrində irəliləməsinə, karyera quruculuğuna və liderliyə həvəsləndirilməsinə, təşviq edilməsinə istiqamətlənib.

Layihənin əsas ideyası hazırlanacaq podkastlar vasitəsilə cəmiyyətdə qadınlarla bağlı formalaşmış xoşagəlməz təsəvvürlərin aradan qaldırılmasına, qızların təhsilə və karyera quruculuğuna həvəsləndirilməsinə dəstək olmaqdan ibarətdir. 

Избранный
162
1
ann.az

2Источники