Ermənistanın diqqəti sülh müqaviləsi imzalamağa yönəlib.
"Operativ Məlumat Mərkəzi-OMM" “Sputnik-Kazakstan”a istinadən xəbər verir ki, bu barədə Almatıda Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan bildirib.
“Biz danışıqlar prosesində çox konstruktiv şəkildə iştirak edirik”, - o vurğulayıb.
Onun sözlərinə görə, tərəflər sülh müqaviləsi imzalamaqla məhdudlaşmamalıdırlar: “Biz daha da irəli gedə və regionda bütün nəqliyyat kommunikasiyalarını aça bilərik”.