RU

Azərbaycanda istehsal olunan bir sıra qida məhsullarının ixracı artıb

Azərbaycanda istehsal olunan bir sıra qida məhsullarının ixracı artıb.

Valyuta.az xəbər verir ki, bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) İnformasiya təminatı və innovativ həllər şöbəsinin müdiri Mansur Piriyev Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı "Caspian Agro" və 29-cu Azərbaycan Beynəlxalq Qida Sənayesi "InterFood Azerbaijan" sərgiləri ilə bağlı mətbuat konfransında deyib.

O qeyd edib ki, bəzi qida məhsullarının istehsalı və ixracında da rekord nəticələr əldə olunub.

M. Piriyev bildirib ki, Azərbaycandan Avropa İttifaqına akvakulturada yetişdirilən kürünün, müxtəlif dəniz məhsullarının, yun və dərinin ixracına icazələr əldə edilib: "Qazaxıstana atların ixracı bərpa olunub, Rusiyaya ərzaqlıq yumurtanın ixracına icazə alınıb. Həmçinin Avropa İttifaqında fındığın sadələşdirilmiş ixracına və Çinə quş əti və digər quşçuluq məhsullarının ixracına nail olunub”.

O qeyd edib ki, bütün bunlar qida sahəsində fəaliyyət göstərən subyektlərin öz fəaliyyətlərini beynəlxalq standartlara uyğunlaşması və istehsal olunan məhsulların təhlükəsizlik və keyfiyyət göstəricilərinin yaxşılaşdırılması ilə mümkün olub.

M.Piriyev vurğulayıb ki, sərgidə AQTA-nın maraqlı və innovativ guşəsi də iştirakçılara təqdim olunacaq: "Sərgi iştirakçıları qida təhlükəsizliyi ilə bağlı onları maraqlandıran bütün məsələlərlə bağlı yaxınlaşıb ətraflı məlumatları əldə edə bilər".

© Report

Избранный
295
10
valyuta.az

10Источники