RU

AFFA-dan yeni mövsüm Premyer Liqa ilə bağlı qərar - Rəsmi

style='margin-bottom:10px;'>

Bu gün AFFA İcraiyyə Komitəsinin növbəti iclası keçirilib.

QOL.az xəbər verir ki, toplantı 4 saatdan artıq çəkib.  Aparılan müzakirələrdən sonra İcraiyyə Komitəsi Azərbaycan Premyer Liqasında komanda sayının artırılmaması barədə qərar qəbul edib. 

Bu barədə jurnalistlərə AFFA-nın prezidenti Rövşən Nəcəf məlumat verib. O bildirib ki, klub sayı gələcəkdə artırılacaq. 

Beləliklə, 2024/2025 mövsümündə də Azərbaycan Premyer Liqasında 10 komanda mübarizə aparacaq. 

Bu isə o deməkdir ki, Premyer Liqada sonuncu yeri tutan “Qəbələ” yeni mövsümdən I Liqada mübarizə aparacaq. 

Избранный
264
8
teleqraf.com

9Источники