Ötən aprel ayı Türkiyədə son 53 ilin ən isti ayı olub.
Teleqraf.com xəbər verir ki, bu barədə Türkiyənin ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi naziri Məhməd Özhaseki deyib.
O qeyd edib ki, ölkə ərazisində ən yüksək temperatur 38,9 dərəcə olmaqla Şanlıurfanın Ceylanpınar ilçəsində qeydə alınıb.
"Ötən ay ən aşağı temperatur Kayserinin Sarız ilçəsində - 9,4 dərəcə müəyyən edilib. Bundan əlavə, ölkə üzrə orta aylıq temperatur 16,6 dərəcə olub", - o əlavə edib.
Müəllif: Teleqraf.com